Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək
Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçment yolu ilə vəzifədən kənarlaşdırılacağı təxmini tarix açıqlanıb. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb. “Salome Zurabişvilinin prezident postundan uzaqlaşdırılmasına cəmi iki cümə qalır. Noyabrın sonunda və ya dekabrın əvvəlində onun impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək. Zurabişvili prezident postunu standart qaydada deyil, konstitusiyanı pozan və xəyanətkar kimi tərk […]
Azərbaycan və Türkiyənin oyunları bu kanallarda
Millətlər Liqasının 3-cü turunun bugünkü matçları Azərbaycan və Türkiyə kanalları vasitəsi ilə canlı yayımlanacaq. Maçları aşağıdakı kanallardan izləyə bilərsiniz: Azərbaycan “CBC Sport” 20:00 Estoniya – Azərbaycan 22:45 Türkiyə – Monteneqro Türkiyə TV 8 22:45 Türkiyə – Monteneqro TV 8,5 22:45 Bosniya və Herseqovina – Almaniya
Sahibə Qafarova: Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndiririk
Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Tacikistana işgüzar səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir: “Xalqlarımız həmişə sülh, əmin-amanlıq, […]
Putinlə Pezeşkianın görüşü başladı
Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş başlayıb. Görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilir. Bu, iki ölkə liderinin ilk görüşüdür.
Sarayda şagird məktəb binasından yıxıldı
Abşeron rayonunda şagird məktəb binasından yıxılıb. Hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək […]
Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır
İqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır. Bunu Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib. O qeyd edib ki, iqlimlə bağlı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyacı olan bir çox ölkələrin kifayət qədər vəsaiti yoxdur: “Bu inkişaf etməkdə olan […]
DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib. İdarədən verilən məlumata görə, müraciətdə deyilir: “Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda […]
Qazaxda 18 tələbə dönərdən zəhərləndi – Yenilənib
Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər. Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. *** Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verən zəhərlənmə faktı araşdırılır. Bu barədə Azərbaycan Respublikasının Qida […]
“Səba” ləğv olunur
“Səba” ASC-nin səhmdarlarının oktyabrın 28-i, saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də “Səba”nın və onun törəmə cəmiyyətləri -“Qarabağ Taxıl” və “Biləsuvar Aqro” MMC-lərin kreditor […]
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,73 % artaraq 80,38 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 79,4 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından […]