Bakıda məşhur mağazadan 330 minlik saat oğurlandı
Bakı şəhər Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən “VMF Continental” mağazasından oğurluq edilib. Mağazaya müştəri qismində gələn naməlum şəxs oktyabrın 9-u saat 17 radələrindən oradan bahalı saat oğurlayıb. Həmin şəxs dəyəri 330 min manat olan bir ədəd “Breguet” markalı qol saatını gizli şəkildə götürərək uzaqlaşıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində […]
Putinlə Pezeşkian ilk görüşdə nələri danışacaq?
“Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda gözlənilən görüş zamanı ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək”. Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov vurğulayıb ki, bu, liderlərin ilk görüşü olacaq. Bunun üçün də danışıqlarda prioritet məsələ iki ölkə arasındakı münasibətlər olacaq.
Emin Əmrullayev: “Basketbolda bir çox hədəflərə nail olmuşuq”
Bir il əvvəl arzular və hədəflər haqqında danışırdıq. Artıq bir çox hədəflərə nail olmuşuq. Bunun üçün bütün oyunçularımıza təşəkkür edirəm. Bunu Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib. Qurum rəhbəri federasiyanın hədəflərindən söz açıb: “Addım-addım, mərhələli şəkildə uğurlara irəliləməliyik. Sistemi düzgün qurmalı və mühiti formalaşdırmalıyıq. Əsas məqsədlərdən […]
Bakının məşhur məktəbinə direktor təyin olundu
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib. Bu vəzifəyə Aygün Mikayılova gətirilib. Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb. Məlumatı məktəbdən təsdiq ediblər. Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimidir. Xatırladaq ki, məktəbin əvvəlki […]
Temperatur 5-10 dərəcə enəcək, qar yağacaq – Xəbərdarlıq
Hava şəraitilə bağlı növbəti xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə […]
“Başları əlhəd daşına dəyən” ermənilər – böyüklərinin səhvlərinin qurbanları – TƏHLİL
Erməni etnik qrupunun azərbaycanlılar, türklərlə dinc-yanaşı yaşamaqdan başqa yolu yoxdur. Bu, son bir əsrdə dəfələrlə təsdiqlənib. Bir etnosun ayrıca, təcrid olunmuş şəkildə yaşamasının mümkünsüzlüyü də isbatlanıb. Ermənilərə böyükləri azı iki yüz ildir türk düşmənliyini təbliğ edir, bu ruhda yeni nəsil yetişdirirlər. Qonşuluğundakı imperiyalar qurmuş, elm, böyük mədəniyyət, ədəbiyyat və incəsənət sahibi olan qos-qocaman bir millətə […]
Laçında işçi qrupun növbəti iclası başladı
Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir. İclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir. İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, […]
Bu ərazidə də ödənişli parklanma sistemi tətbiq edildi
Bakının Mərdanov qardaşları küçəsində 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, həmçinin Agentlik paytaxtın Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri başa çatıb. Bildirilir ki, bundan başqa, Bakının Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev […]
Əhməd Əhmədov cəzadan azad edildi
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərarda göstərilir ki, Əhməd Əhmədov ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət […]
Tramp Harrislə ikinci debatdan imtina etdi
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə təkrar debat keçirməyəcəyini açıqlayıb. O bildirib ki, Harris ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçdiyi kursu davam etdirmək niyyətini bəyan etdiyi üçün debat aparmaq mənasızdır. Xatırladaq ki, Trampla Harris arasında debatın ilk mərhələsi sentyabrın 10-u baş tutub. CNN-in sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i Harrisin qalib […]