“İranın əlində Amerika qanı var” – Harris

“İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir”. Bunu Amerikanın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb. “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, – Harris deyib. O, ABŞ-nin İranın nüvə silahı istehsal etdiyinə dair […]

İsrail Livanın paytaxtına zərbələr endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyrutun Dahiya bölgəsinə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin teleqram kanalı məlumat yayıb. “İsrail hərbçiləri hazırda “Hizbullah” terrorçularının əsas qalası olan Dahiya bölgəsinə hədəfli zərbələr endirir”, – məlumatda qeyd olunub. Departament nümayəndələrinin təfərrüatlar haqda daha sonra məlumat yayacaqları bildirilir.

Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Rusiya lideri Vladimir Putin oktyabrın 8-də MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib. O qeyd edib ki, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq.

Ömer Çelik: Yaxın Şərqdəki müharibə daha da genişlənə bilər

Yaxın Şərqdəki müharibə daha da genişlənə bilər. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, mövcud gedişat bunu göstərir. Ö.Çelik regionda vəziyyətin gərginləşməsinə görə Qərbi ittiham edib.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri başlayıb. Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

Dövlət qulluğuna qəbul olmaq üçün oktyabrın 6-da keçirilən test imtahanının nəticəsi elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi 2024-cü il oktyabrın 6-da inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib. Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında […]

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli iclası başlayıb

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli növbəti iclası başlayıb. “Report”un Rusiya bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir. İclasdan əvvəl nazirlər birgə foto çəkdiriblər. Daha sonra nazirlərin mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclası keçirilib.

Bakıda qazanxanada partlayış olub, xəsarət alan var

Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verib, xəsarət alan var. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub: “Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində […]

Milli Məclisin işçi qruplarına yeni rəhbərlər seçiləcək

Milli Məclisin işçi qruplarına yeni rəhbərlər seçiləcək.  Parlamentin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ daxil edilib. Ümumilikdə isə iclasda 28 məsələyə baxılacaq.

Bəzi rayonlara yağış yağacaq – Sabahın PROQNOZU

Oktyabrın 8-də Bakıda hava şəraitini yağmursuz keçəcəyi, bəzi rayonlara yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi […]