Azərbaycan neftinin qiyməti 81 dolları ÖTÜB
“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2 faizə yaxın artıb. Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,79 % artaraq 81,47 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti […]
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlərin peşə bayramıdır. 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis […]
Prezident və xanımı Cəbrayılda açılışda – Yenilənib – Video – Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Prezident İlham Əliyevin çıxışı – Bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bu münasibətlə sizi, bütün cəbrayıllıları, bütün Azərbaycan […]
Naxçıvanda müəllim işdən çıxarıldı – Direktora töhmət verildi
“Sosial şəbəkələrdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan iddialar Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən araşdırılıb”. Bu barədə Naxçıvan MR Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırma nəticəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərovanın məktəbdə sinif rəhbəri […]
“Hərbi gücümüz ildən-ilə artacaq”
“Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”. Bu barədə Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə deyib. Buna şübhə etmədiyini bildirən dövlət başçısı qeyd edib: “Əminəm, bizim siyasətimiz bunu diktə edir, bizim potensialımız bunu göstərir. Bizim gücümüz – siyasi çəkimiz, iqtisadi qüdrətimiz, […]
“Dayandırın bu təhlükəli oyunları!” – Dağıntılar arasında xəbərdarlıq
“Bu dağıntılar təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil”. Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib. Prezident əlavə edib: “Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. […]
“Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”
“Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi”. Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib. “O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci […]
Ukraynada daha bir azərbaycanlı həlak oldu – Fotolar
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir Azərbaycan vətəndaşı həlak olub. Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyadan Azərbaycana gətirilib və Zərdab rayonunda dəfn edilib. Qeyd edək ki, son günlərdə Rusiya-Ukrayna müharibəsi zonasında bir neçə azərbaycanlı həlak olub.
“Mənim telefonum bağlıdır” – Santuş
Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib. O, konfransda “Neftçi”də heyətə düşə bilməyən Emin Mahmudovun milliyə niyə çağırıldığı ilə bağlı suala cavab verib. “Çünki keyfiyyətli futbolçudur. Bəzi keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirəmsə, hər zaman […]
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.