Prezident Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilir. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat”da əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri Zamiq Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi […]
Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
Türk Dövlətləri Təşkilatı (TDT) özünü sülh və davamlı inkişafı möhkəmləndirməyə töhfə verməyə çalışan beynəlxalq münasibətlərin tamhüquqlu və nüfuzlu subyekti kimi elan edə bilib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı bəyanatında bildirilib. Qeyd olunub ki, 15 il əvvəl məhz bu gün Naxçıvan şəhərində “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması […]
İran uçuşları bərpa etdi
İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava limanı məhdudiyyətlər götürüldükdən sonra uçuşları bərpa edib. Məlumatı İLNA informasiya agentliyi yayıb. Məlumata görə, Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qalxıb. Bildirilib ki, bir müddət əvvəl oktyabrın 3-ü səhər saatlarınadək bütün istiqamətlərdə uçuşlar təxirə salınmışdı.
UEFA Avropa Liqası: “Qarabağ” İsveç təmsilçisi ilə qarşılaşacaq
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. UEFA Avropa Liqası Liqa mərhələsi II tur 3 oktyabr 20:45. “Qarabağ” – “Malmö” (İsveç) Baş hakim: Anastasios Papapetru. Tofiq Bəhramov […]
Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var
Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib. “Report”un xəbərin görə, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər […]
Parlament Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair sazişi təsdiqləyəcək
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisə daxil olub. Layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
“Mübarizəmiz bitməyib”
Fransız kəşfiyyatı Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxanlara təzyiqi artırıb. Bunu tanınmış fəal, Fransa neokolonializminin əsas tənqidçilərindən biri olan Kemi Seba Azərbaycanın mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. “Fransız kəşfiyyatı daim bizi izləyirdi. Onlar təzyiqlərinin faydasız olduğunu başa düşəndə repressiyalar gücləndi. Onlar hətta bu strategiya çərçivəsində bizdən vətəndaşlığı almaq siyasətini tətbiq etdilər”, – K.Seba qeyd edib. […]
Erməni cinayətlərinə lal və kar qalan ABŞ: separatizmə dəstək səngimir – TƏHLİL
Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik etməkdə, ölkənin suveren hüquqlarını pozmaqda davam edir. Erməni lobbisindən yemlənən dairələrin, xüsusilə Konqres üzvlərinin anti-Azərbaycan isterikası, separatçı sevgisi səngimir. Hər vəchlə Qarabağdan könüllü çıxan keçmiş separatçı rejimin qalıqlarına dəstək verilir. Yenixeber.org: Bu dəfə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi […]