Santuş millinin heyətini nə vaxt açıqlayacaq?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun növbəti mətbuat konfransı keçiriləcək. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, portuqaliyalı mütəxəssis oktyabrın 4-də media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq konfrans zamanı Santuş yığmamızın heyətini açıqlayacaq. Qeyd edək ki, millimiz Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, 14-də Bakıda Slovakiya yığması […]
Tofiq Həsənov bu rütbə və medaldan məhrum edildi – Sərəncam
Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
İçərişəhərə yalnız onlar maşınla daxil ola biləcək
“AYNA tərəfindən İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir”. Bu barədə AYNA sədri Anar Rzayev “Report”a müsahibəsində bildirib. Onun sözlərinə görə, mütəxəssislər bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər: “Təhlillər əsasında […]
G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə edəcək – Ev sahibi İtaliyadır
İtaliyanın baş naziri Corciya Meloni Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün G7 liderlərinin çağırışına ev sahibliyi edəcək. Bu barədə “Reuters” məlumat yayıb. Meloni kabinetinə bildirib ki, son hadisələr, o cümlədən İranın İsrailə raket zərbələri və Livanda artan qeyri-sabitliklə bağlı “dərin narahatlıq” var. Xatırladaq ki, İran İsrail ərazilərinə yüzlərlə raket atıb.
Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı – Foto
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Polad Bülbüloğluya Vladimir Putinin fərmanı əsasında “Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” Aleksandr Nevski ordenini təqdim edib. Təqdimat mərasimindən görüntüləri Rusiya mətbuatı bu gün yayıb. P.Bülbüloğlu öz növbəsində onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edib. Qeyd […]
Azərbaycanın yeni diplomatik prioriteti – Türk Dövlətləri Təşkilatı – ANALİZ
Avrasiyanın mərkəzində dərin diplomatik vəziyyət geosiyasi mənzərəni yenidən formalaşdırır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli ölkələr arasında daha sıx əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir. Türk Dövlətləri Təşkilatı (TDT) ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlıq deyil, vahid türk dünyasını yaratmaq üçün uzaqgörən səydir. 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan TDT […]
Azərbaycan idmançılarının reytinq cədvəli – Hidayət birincidir
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb. Fransanın paytaxtı Parisdə təşkil olunan yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 590 xalla ilk pillədə yer alıb. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci, Paris-2024-ün digər qalibi Zelim Kotsoyev isə 470 xalla üçüncüdür. Qeyd edək ki, sıralamaya uyğun olaraq ilk “10-luq”da […]
“Bir sıra güc mərkəzləri gərginliyin artmasında maraqlıdır”
“Azərbaycan postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır”. Aktualtv.az xəbər verir ki, bu bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib. Ə.Nağıyev bildirib ki, buna baxmayaraq dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı […]
“Bu məsələdə ikili standartlarla üzləşirik” – Prezidentin müraciəti
Bu gün Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb. Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın […]
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı
Azərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə ittiham olunan Emin Qasımzadənin məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilənin şəxsi məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib. İndiki mərhələdə müdafiə tərəfi hər hansı vəsatətlə çıxış etməyib. Sədrlik edən hakim Əli Məmmədovun qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən iş məhkəmə baxışına təyin edilib. 38 yaşlı Emin […]