Prezident tapşırığı: Nazir şad xəbəri elan etdi
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əmək haqqının və minimum pensiyanın artırılması təmin ediləcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. Hazırda 52 növ müavinət və […]
Fransanın Afrikadakı neokolonializm siyasəti ilə bağlı konfrans keçiriləcək
Oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, konfransda iştirak edəcək şəxslərdən biri Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba […]
Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ
Oktyabrın 2-də Bakıda və bölgələrdə qısamüddətli yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim […]
Bakıda məktəbdə PARTLAYIŞ – Yaralanan var
Bakıda orta məktəbdə qazanxanada partlayış olub. Hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb. İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. […]
Azərbaycanda DƏHŞƏT: xəstəliyə dözə bilməyən kişi özünü öldürdü – YENİLƏNİB
Lənkəranda intihar hadisəsi olub. Hadisə Zövlə kəndində baş verib. Kənd sakini Vüsal Qarazadə yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb. Məlumata görə, buna səbəb mərhumun xəstəlik səbəbilə bədənindəki ağrılara dözə bilməməsi olub. Faktla bağlı araşdırma aparılır. *** 30 Sentyabr, Saat: 21:53 Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Lənkəran rayonunun Zövlə kənd sakini Vüsal Lütvəli oğlu […]
Bu deputatlara “Mercedes E 300” veriləcək – Siyahı
Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən, həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub. Yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək. VII çağırış Milli Məclisinin 15 […]
Dünya bazarlarında neft bahalaşır
Dünya bazarlarında neft bahalaşır. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 71,78 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,10% artaraq 1 barelə […]
Baş prokurordan aylardır tapılmayan Rasimlə bağlı – Açıqlama
“Rasimin tapılması ilə bağlı təəssüf ki, bu gün üçün nəticə yoxdur. Amma bütün aidiyyəti qurumlar bu işə cəlb edilib”. Baş prokuror Kamran Əliyev 9 ay əvvəl İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin axtarışı ilə bağlı danışarkən deyib. “Mən Rasimin ailəsini dəfələrlə qəbul etmişəm. Onların da narahatlığını başa düşürəm. İş üzrə cinayət işi başlanıb, istintaq […]
Baş prokuror: Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialar üzrə proseslər müəyyən vaxt tələb edir
“Azərbaycanın Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar üzrə proseslər müəyyən vaxt tələb edir. Bu istiqamətdə bütün işlər prosessual qaydalara uyğun olaraq həyata keçirilir”. Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib: “Bu işlə bizim aidiyyəti dövlət qurumları məşğul olur. Biz də istintaq zamanı əldə etdiyimiz sübutları zəruri hallarda beynəlxaq məhkəmələrdə istifadə olunması üçün təqdim edirik. […]
Yolun ortasında məzar qazıb dəfn etdilər – Bakıda kuryoz hadisə+Video
Bakıda tamet pilitələri sındırıb yolun ortasında məzar qazıblar. Hadisə Pirşağıda qeydə alınıb. Belə ki, dünyasını dəyişən şəxs məzarlığın içərisinə gedən yolun üstündə dəfn edilib. Hadisə ilə bağlı daha ətraflı Xəzər TV-nin süjetində: