“Fənərbağça” “Qalatasaray”a, “Boka Xuniors” “River Pleyt”ə qarşı
Futbol üzrə dünyanın ən böyük derbilərindən ikisi bu gün baş tutacaq. Söhbət Türkiyənin “Fənərbağça”- “Qalatasaray” və Argentinanın “Boka Xuniors”- “River Pleyt” qarşılaşmalarından gedir. Türkiyədəki oyun Bakı vaxtı ilə saat 21:00-da, Argentinadakı isə 23:00-da start götürəcək. Hər iki derbi uzun illərdir dünyada maraqla izlənir. Əzəli rəqiblərin hər mübarizəsi mütəmadi olaraq nələrləsə yadda qalır. Qeyd edək ki, […]
İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Miriam Spiteri Debonoya Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli xanım Prezident, Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və […]
Azadlıq Cəbhəsi Fransanın müstəmləkə zorakılığını pislədi
Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi rəsmi Parisin müstəmləkə zorakılığını pisləyib. Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi Sent-Lui qəsəbəsindən olan iki gənc kanakın öldürülməsini Kanakidəki vəziyyətin faciəvi təsviri kimi qiymətləndərib: Bəyanatda qeyd olunub ki, Fransa dövləti Numea və Matinyon müqavilələrindəki vədlərə xəyanət edərək asayişi qorumaq bəhanəsi ilə müstəmləkə rejimini saxlamaqda israr edir: “Müstəmləkə altında olan çoxsaylı yerli xalqların problemlərini […]
Təyyarədə qəribə olay: Yeməkdən siçan çıxdı, təcili eniş etdilər
“Scandinavian Airlines” aviaşirkətinin Oslo-Malaqa reysi ilə uçan təyyarəsində qəribə hadisə baş verib. Norveçdə havalanan təyyarə bu hadisəyə görə Danimarkanın paytaxtı Kopenhagenə təcili eniş edib. Belə ki, sərnişinlərə təqdim olunan yeməklərdən birinin içindən siçan çıxıb. Bəxtinə “siçanlı yemək” düşən sərnişin qablaşdırmanı açan kimi diri olan siçan tullanaraq təyyarənin kabinində gözdən itib. Bu, təhlükəsizliklə bağlı riskli vəziyyət […]
Bakının bu ərazilərində 1 gün su olmayacaq
Bakıda Xətai rayonunun bir hissəsinə suyun verilməsində birgünlük fasilə yaranacaq. Bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 1000 mm diametrli “Axpatilov” magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu ərazisində 23.09.2024-cü il tarixdə saat 12:00-dan 24.09.2024-cü il saat 12:00-dək suyun verilməsində fasilə yaranacaq. Məlumata görə, müvəqqəti susuz […]
Azərbaycanda zəlzələ oldu
Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib. Məlumata görə, Bakı vaxtı ilə saat 03.45-də baş verən zəlzələnin maqnitudası 3,1, dərinliyi 19 kilometr olub. Zəlzələ hiss olunmayıb.
Bakıya leysan yağacaq – Xəbərdarlıq
Sabah günün birinci yarısında Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanın rayonlarında sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və […]
Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var – Video
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib. Yenixeber.org xəbər verir ki, idarə sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Belə ki, Baş İdarə əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən instaqram sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış […]
Dövlət Departamentinin məntiqsizliyi – Ermənistanla ərköyün uşaq kimi davranılır – ŞƏRH
İkili standartlar və siyasi riyakarlıq ABŞ Dövlət Departamentinin əsas xüsusiyyətlərindən birinə çevrilir. Beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son illər özünü daha qabarıq göstərir. ABŞ üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etmir, hətta BMT Nizamnaməsinin və digər beynəlxalq hüququn normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərinin gözdən salınması üçün əlindən gələni əsirgəmir. Yenixeber.org: Bu sırada […]
İtkin 3 şəhidimiz dəfn olundu – Fotolar – Yenilənir
Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Mübariz İlyas oğlu Məmmədov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin nəşi Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb. *** Uzun illərdən sonra […]