Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür
Azərbaycanın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti sülh planına düzgün yanaşmanın vacibliyini göstərir. Bu barədə “The Standard” qəzetində dərc olunan məqalədə deyilir. Müəllif “Qarabağın bərpası müharibədən zərər çəkmiş regionlara necə ümid verir” başlıqlı məqaləsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hadisələrin ətraflı icmalını təqdim edir. O qeyd edib ki, Azərbaycan ərazilərinin təxminən otuz illik erməni işğalından sonra […]
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident Xankəndiyə getdi
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident “Aghdam City Hotel”in açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Ağdamda Divar kağızları istehsalı zavodunun açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sabah leysan yağacaq, dolu düşəcək
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm […]
İlham Əliyev və Heydər Əliyev Kəngərlidə aparılan bərpa işləri ilə tanış oldular
Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olublar. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi – Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan […]
Bakıda tələbə “Audi” ilə qəza törətdi – Ölən var
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb. Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. […]