Bakıda tələbə “Audi” ilə qəza törətdi – Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb. Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, hər iki istiqamətdə; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank […]

Livanda rabitə cihazları partlayır – 3 ölü, 100 yaralı

Livanda yenidən partlayışlar baş verib. Bu barədə “Al Hadath” məlumat yayıb. “Hizbullah hərəkatının üzvlərinin istifadə etdiyi rabitə cihazları partlayıb”, – məlumatda qeyd olunub. Bildirilir ki, Livanın müxtəlif ərazilərində baş verən partlayışlarda təxminən 100 nəfər yaralanıb. Livan mediası yazır ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil radiolarıdır. Partlayışlar yaşayış binalarında və mobil […]

Kişilər rus qadınlarının bu sirrini aça bilmir – Putin

Rus qadınları Rusiyanın ruhunu, gözəlliyini ortaya qoyur. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rus qadınları peşəkar nailiyyətləri və ailəni necə birləşdirəcəyini bilirlər, bu, kişilər üçün mümkün olmayan bir sirrdir”, – Putin bildirib.

Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaratdı

Estoniya ölkənin cənubunda Rusiya ilə sərhədin yaxınlığında yeni hərbi baza yaradıb. “Reedo” bazası 14 tikilidən ibarətdir. Yuba kəndində yerləşən bu bazaya min nəfərə qədər şəxsi heyət yerləşdirməyin mümkün olduğu qeyd olunub.  “ERR” qeyd edib ki, baza NATO-nun müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün toplanma nöqtəsi kimi istifadə ediləcək.

Mahir Emreli ən azı yarım saat oynayacaq” – Miroslav Kloze

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb. O, millimizin forvardının ən azı yarım saat meydana çıxa biləcəyini deyib:  “Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək. Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər”. Qeyd edək ki, Mahir Emreli bu yay “Nürnberq”ə Zaqreb “Dinamo”sundan […]

Azərbaycanda inflyasiyanı artıracaq risklər – Açıqlandı

Azərbaycanda inflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Məlumata görə, avqust-sentyabr aylarında illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3,5 %, ərzaq malları üzrə inflyasiya 3 %, qeyri-ərzaq malları üzrə 1,8 %, xidmətlər üzrə 5,6 % təşkil edib. […]

Sabah Bakıda yağış yağacaq

Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək […]

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Ölkədə iş və istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Tələbə kartları nə vaxt veriləcək? – Rəsmi

Tələbələrə nəqliyyatda güzəştlərin edilməsi ilə bağlı müəyyən qurumlara sorğular ünvanlanıb, danışıqlar aparılır. Bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. “Amma hələ qəti bir nəticə yoxdur deyə, sırf nəqliyyatla bağlı nəsə demək tezdir. Onu demək olar ki, 150 min vahid tələbə kartı artıq sifariş verilib, universitetlərlə müqavilələr imzalanır, bu proses davam edir. Təxminən oktyabr ayının ortalarında […]