İran səfiri partlayışda gözünü itirib
Xəbər verdiyimiz kimi, İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb. The New York Times-ın məlumatına görə, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb. İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir. Bildirilib ki, o, müalicə […]
Manatın məzənnəsi sabit qalacaq – Rəsmi
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib. Qeyd edilib ki, proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata […]
2 milyona yaxın qazanan da var, 1 milyon da…
Məlum olduğu kimi, Türkiyədə ən çox izlənilən seriallar bu aydan ekranlara dönüb. Yeni mövsümdə isə baş qəhrəmanların qazancları müzakirə mövzusudur. Ən çox qonorar alanlar arasında Kıvanç Tatlıtuğ, Afra Saraçoğlu, Özcan Dəniz və Demet Evqarın da adları hallanır. Tanınmış aktyorların hər bölüm üçün alacaqları məbləği təqdim edirik: Demet Evqar: hər bölümə görə 1 milyon 200 min […]
Prezidentin görüşündə o incə detal – Foto
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib. Rəsmi görüşün görüntülərində maraqlı məqam ortaya çıxıb. Belə ki, həm dövlət başçısının, həm də səfirin masasında Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suyu da yer alıb. Rəsmi qəbullarda bu brendin yer alması […]
Pensiyalar bu tarixdə tam ödəniləcək
Sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Prezident bu rayonların icra başçılarını dəyişdi
Prezident İlham Əliyev Hacıqabul və Salyan rayonlarının icra başçılarını dəyişib. Bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Salyana, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmov isə vəzifəsindən azad edilərək, Hacıqabul rayonuna başçı təyin edilib.
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib – EKSKLÜZİV
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. “Report”un əldə etdiyi məlumata görə, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd […]
İraqda Azərbaycan Ticarət Evi açılacaq
İraqda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azəbaycan-İraq Biznes Forumunda bildirib. O həmçinin qeyd edib ki, gələn il Azərbaycandan ticarət-ixrac missiyası İraqa səfər edəcək. Biznes Forumda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.
Tokayev: “TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik”
Orta Dəhlizin gələcək inkişafı geniş investisiya perspektivləri açır və bu baxımdan Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM – Orta Dəhliz) Trans-Avropa Nəqliyyat Şəbəkələrinə (TEN-T) inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edir. “Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Astanada Mərkəzi Asiya və Almaniya liderlərinin görüşü zamanı deyib. “Orta Dəhlizin gələcək inkişafı, […]
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb. Müzakirələr zamanı Dünya Bankının Azərbaycanda, xüsusilə su və […]