Türkiyədə zəlzələ oldu
Türkiyənin Tunceli şəhərində 4.1 maqnitudalı zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edək ki, yerin 7 kilometr dərinliyində baş verən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
“Rusiyanı raketlə təmin etməmişik” – İran lideri
“İran Rusiyanı heç bir raketlə təmin etməyib”. Bunu İranın Prezidenti Məsud Pezeşkian mətbuat konfransı zamanı deyib. “Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gəldikdən sonra heç bir silah ötürülməyib”, – prezident bildirib. O əlavə edib ki, İran həmişə Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub. “Rusiya müharibəyə niyə başladı? Avropalılardan soruşun! […]
Bu il məktəbə gedənlərin sayı açıqlandı
2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində 1 619 335 nəfər şagird təhsil alacaq. “Qafqazinfo” xəbər verir ki, bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, bunlardan 132 931 nəfər birinci sinfə qədəm qoyacaq. Məktəbəhazırlıq qruplarında isə 90 672 uşaq təhsil alacaq.
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı – Paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil müəssisələri ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Həmin paylaşımı təqdim edirik: “Heydər Əliyev Fondunun ölkənin təhsil sisteminə növbəti töhfəsi. Fondun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində inşa və təmir edilən təhsil müəssisələrinin açılışları davam edir. Bütün məktəblilərə […]
İnsan öz-özünə niyə danışır? – BUNDAN XƏBƏR VERİR
Bir çox insanın öz-özünə danışmaq vərdişi var. Çoxları bunu pozğunluq adlandırsa da, lakin yaxşı tərəfləri də var. Psixoloq Daria Dugentsova bunun bəzən hansı xəstəliyə işarə etdiyini izah edib. Ekspert bildirib ki, nəzarətsiz özü ilə daimi söhbətlər psixi problemlərin, məsələn, şizofreniyanın mövcudluğundan xəbər verə bilər. Belə hallarda bir mütəxəssislə əlaqə saxlamalısınız. Ancaq belə bir vərdiş həmişə […]
MSK yekun siyahını açıqladı! – Adlar
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. Aktualtv.az xəbər verir ki, seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması […]
Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq
Partiya mənsubiyyəti olan 81 seçilmiş deputatımız var. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, 11 siyasi partiya Milli Məclisdə təmsil olunacaq. Qeyd edilib ki, parlament seçkilərində dövlət qeydiyyatına alınmış 26 siyasi partiyadan 25-i iştirak edib.
MSK-nın iclası başladı: seçkilərə yekun vurulur
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılır. MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya […]
COP29-la bağlı ezamiyyə xərcləri müəyyənləşdi
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirləri çərçivəsində ezamiyyə xərcləri müəyyənləşib. Bununla bağlı Baş nazir Əli Əsədov “Ezamiyyə xərclərinin normaları haqqında” Qərar imzalayıb. Qərara əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər […]
Bakıda qadın iki kişini bıçaqladı
Bakıda qadın 2 kişini bıçaqlayıb. Hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb. Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb. A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət […]