Fatma Səttarovanın dəfn yeri açıqlandı

Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb. Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, “İstiqlal” ordenli F.Səttarova 102 yaşında dünyasını dəyişib.

“İndi Nəcməddin Sadıkov ortada yoxdur” – 20 milyonu necə bölüblər?

Müdafiə Nazirliyində 143 milyonluq yeyinti ittihamı ilə bağlı mühakimə edilən general Nizami Məmmədov və qoşunların maliyyə-xidmət rəislərinin məhkəməsi davam edir. Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən zabitlərin iki həftə əvvəl qaldırdıqları vəsatətlərə baxılıb. Bundan əlavə, müdafiə tərəfi onları maraqlandıran bir sıra yeni məsələlərə toxunub. Əvvəlki yazımızda vəsatətlər barədə geniş məlumat vermişdik. Təqsirləndirilən Bayram Bayramov ona verilmiş ittihamın […]

Formula 1-də ikinci günün proqramı

Formula 1 Azərbaycan Qran-Prisində ikinci günün yarışları keçiriləcək. Yarışlara saat 12:30-da start veriləcək.  Azərbaycan Qran-prisi: İkinci günün proqramı 14 sentyabr 12:30. “Formula 1”: Üçüncü sərbəst yürüş 14:15. “Formula 2”: Sprint yarışı 16:00. “Formula 1”: Sıralama turu Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı

Rusiya Mərkəzi Bank faiz dərəcəsini illik 18%-dən 19%-ə qaldırıb. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilib. Bildirilib ki, inflyasiyanın bu il üçün proqnozu üstələyəcəyi gözlənilir: “Mövcud inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna qədər illik inflyasiyanın iyulun 6,5-7%-lik proqnoz diapazonunu keçəcəyi gözlənilir. Daxili tələbatın artımı hələ də əmtəə və xidmətlərin təklifini genişləndirmək imkanlarını əhəmiyyətli […]

Vikipediyadakı problemi necə həll etmək olar?

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Vətən müharibəsi ilə bağlı məlumatların vikipediyadan silinməsi xəbərlərinə münasibət bildirib.  Osman Gündüz bu barədə feysbuk hesabında yazıb.  O.Gündüz Azərbaycan vikipediyasındakı problemi necə həll etməyin yollarını açıqlayıb: “Qaydalara görə, qurumlar vikipediyaya şikayət verə bilməzlər. İlk onu qeyd edim ki, qlobal informasiya mənbəyi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan maraqlarının qorunmasında […]

Kiyevə Rusiya ərazisini vurmağa icazə vermişik – Pistorius

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün Qərb silahlarından istifadə etməsinə icazə verildiyini deyib. Bu barədə “Tagesschau” nəşri məlumat yayıb. “Beynəlxalq hüquq belə addımları qadağan etmir. Bununla belə, bu cür istifadəyə icazə verilib-verilməməsi ilə bağlı qərar silahı tədarük edən ölkələrin üzərinə düşür”, – Pistorius bildirib.

Azərbaycanda nikahların sayı azalıb

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) […]

Etimad qazanmağın Zəngəzur yolu imtahanı – İrəvan bu sınağa yaxşı hazırlaşmır – ŞƏRH

Zəngəzur yolu ilə bağlı məsələ İranla Ermənistanı çaşdırıb. Tehran hakimiyyəti bu məsələni qəsdən, yaxud guya bilməyərəkdən ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və s. bu kimi məsələlərlə qarışdırır, mahiyyəti üzrə olmayan “qırmızı xətdən” bəhs edir. Yenixeber.org: Hətta, bu məsələ ilə bağlı Rusiyanın mövqeyini dəqiqləşdirmək üçün ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian əlüstü Moskvaya səfər […]

6 saat internet olmayacaq

Naxçıvan Muxtar Respublikası (MR) üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq. Bu barədə Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, 13 sentyabr saat 23:30-dan 14 sentyabr saat 05:30-a qədər təxirəsalınmaz profilaktik təmir bərpa işləri həyata keçiriləcək. Qeyd olunub ki, təxirəsalınmaz işlər görülən müddətdə muxtar respublika üzrə internet və rabitə […]