Alimlər: Son 20 ildə metan emissiyaları kəskin artıb
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/c6fd2e12-466c-33b5-bb3e-4bce86146eb9_850.jpg)
ABŞ, Fransa, Avstraliya və Yaponiyadan olan beynəlxalq alimlər qrupu qlobal istiləşməni sürətləndirən güclü istixana qazı olan metan emissiyalarında əhəmiyyətli artım aşkar edib. Tədqiqat “Environmental Research Letters” (ERL) elmi jurnalında dərc olunub. Metan karbon qazı ilə müqayisədə planetin atmosferində istiliyi 23 dəfə daha səmərəli saxlayır. Təhlil göstərib ki, 2020-ci ildə dünyada 608 milyon ton metan havaya […]
Bakıda bu yollarda sıxlıq var -SİYAHI
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/51961e98-71eb-3014-bc1e-31969d4eaf73_850.jpg)
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Azərbaycan XİN Paşinyana cavab verib
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/7303e016-ca45-30bb-8b01-01594e42704e_850.jpg)
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibət açıqlayıb. A.Hacızadənin şərhini təqdim edirik: ”Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi […]
Ermənistanda zavodda partlayış nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/32dbe8bf-e383-3f48-8831-bf914ad0b21e_850.jpg)
Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki tökmə zavodunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, daha 5-i yaralanıb. Bu barədə Ermənistan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Partlayış fəaliyyət göstərməyən tökmə zavodunda baş verib. Hadisənin səbəbləri barədə məlumat verilmir.
İlham Əliyev onları təltif etdi – Siyahı
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/ilham-2.jpg)
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər: “Şöhrət” ordeni ilə Aslanov Orxan Əlövsət oğlu Vəliyeva Lamiyə Rövşən qızı 1-ci dərəcəli […]
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/62b6eb8e-c8a5-36d9-94fe-430c18b42178_850.jpg)
“Azərbaycan Dəmir Yolları” QSC-nin şəhərətrafı marşrutlarla hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 16-dan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcəkdir. Yenixeber.org: Bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb. Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt xətti üzrə isə 36-dan 42-yə çatdırılıb. […]
İran Təhlükəsizlik Şurasının katibi Rusiyadadır
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/ahmedian.png)
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib. Bu barədə məlumatı İranın Moskvadakı Səfirliyi yayıb. Əhmədian sözügedən şəhərdə BRICS nümayəndələrinin görüşlərində iştirak edəcək, eləcə də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşəcək. Xatırladaq ki, sentyabrın 10-dan 12-nə qədər Sankt-Peterburqda BRICS ölkələrinin və təhlükəsizlik məsələləri ilə məşğul olan BRICS+ […]
Zakir Həsənovla Yaşar Güler görüşdü – Fotolar
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/mudafie-1.jpg)
Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb, Görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində […]
Polkovnik-leytenanta 8 il yarım həbs verildi
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/rahim_agayev1-1.jpg)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin sabiq rəisi Rahim Ağayevin məhkəməsi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Rafiq Abbasovun sədrlik etdiyi hakim heyəti təqsirləndirilən polkovnik-leytenantı külli miqdarda rüşvət almaqda təqsirli hesab edib. Törədilən ağır cinayətə münasibətdə Rahim Ağayevə 8 il […]
Əli Əhmədovun yerinə bu nazir gətirilir
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/eli-ehmedov.jpg)
Hökumətin əsas simalarından biri – Baş nazirin müavini Əli Əhmədov yaxın günlərdə tutduğu vəzifə ilə vidalaşacaq. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində namizədliyi hakim Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən irəli sürülən qocaman YAP-çı seçkinin nəticələri rəsmiləşəndən sonra qanunvericiliyin tələbinə uyğun olaraq postunu təhvil verəcək. Növbədənkənar parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra Baş nazirin müavini […]