Tələbə 7-ci mərtəbədən yıxılıb öldü
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/59f7165881305_telebe-intihar-yixil.jpg)
Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb. Hadisə 9-cu mikrorayonda qeydə alınıb. 2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq vəfat edib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. F. İsmayılov universitet tələbəsi olub. Fakt araşdırılır.
Azərbaycan Avropanın enerji təminatçısı – AŞPA, Avropa Komissiyasına xatırlatma – ŞƏRH
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/bayraq-yeni.jpg)
Rəsmi Bakı ölkənin suverenliyi və ərazi bütövlüyünü müzakirə, sövdələşmə mövzusu, obyekti olmasına imkan verməyib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qrup deputatı isə Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə siyasi alver edib. Onların Azərbaycana qarşı qaldırdığı əsas iddia erməni sakinlərə aiddir. Qalan məsələlər isə bu niyyəti gizlətmək üçün alətdir. Aktualtv.az: Çünki həmin deputatlar Azərbaycan torpaqları işğal […]
Məşhur karate ustasının həbsi ilə bağlı – Yeni detallar
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/Screenshot_10.jpg)
Bakının Yasamal rayonu ərazisində yerləşən “İnci” tədris mərkəzinin karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi açılıb. […]
Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/65bcdf54-9c87-359f-813c-cbd9d7449e13_850.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur. Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış […]
Vaksinasiya ilə bağlı əhaliyə – Çağırış
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/vaksin__10_.jpg)
Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə qeyd olunur ki, qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam […]
Rusiya Çinlə hərbi təlim keçirəcək
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/russiachina.png)
Rusiya və Çin “North-Joint 2024” adlı birgə hərbi təlimlər keçirəcək. Bu barədə məlumatı Çinin Müdafiə Nazirliyi yayıb. Təlimin bu ay Yapon və Oxot dənizi ətrafında havada və suda baş tutacağı qeyd olunub. Bununla belə, hərbi təlimlərin dəqiq tarixi açıqlanmayıb.
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/456733425_7934393273353820_5128221196748379859_n.jpg)
Xəbər verdiyimiz kimi, ədliyyə nazirinə iki yeni müavin təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla əlaqədar daha əvvəlki müavinlər Azər Cəfərov və Vilayət Zahirov işdən çıxarılıblar. Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Keçmiş müavinlərin yerinə Mübariz Əhmədov və Toğrul Hüseynov təyin edilib. Qeyd edək ki, 70 yaşlı A.Cəfərov 12, 66 yaşlı […]
İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/prezidentt.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli Forum iştirakçıları! Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ölkəmizin paytaxtında öz işinə başlaması münasibətilə sizi səmimi-qəlbdən salamlayır, hər birinizə cansağlığı və uğurlar arzulayıram. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi […]
Fərid Əhmədova müavinlər təyin edildi
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/ferid1.jpg)
Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar. Bu barədə Prezident Sərəncam imzalayıb. Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror […]
NİİM-dən müraciət: bunu edənlər cərimələnəcək
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/mekteb-yeni.jpg)
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar: “Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın […]