Bakı aeroportundan səyahətçilərə tövsiyə – Əlavə vaxt planlaşdırın
Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti müraciət yayıb. Aeroport sərnişinlərə səfərlərini bu halları nəzərə alaraq planlaşdırmağı və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmağı tövsiyə edir. Sərnişinlərin […]
Bu ərazilərdə güclü külək əsəcək – Xəbərdarlıq
Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Toyda öldürülən 27 yaşlı İlkinin FOTOsu
Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. Hadisə axşam saatlarında rayon mərkəzində baş verib. İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi davaya çevrilib. Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin […]
KİV: İsrail Suriyadakı İranın raket istehsalı bazasını vurub
İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Bildirilib ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir. Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal […]
Prezident fərman imzaladı
Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Prezidentin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə […]
Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi
Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib. 41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib. İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin ona “səni öldürərəm ha”, – deyə cavab verib. Bu sözü eşidən kimi qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca gəlib və cütlük şöbənin qarşısında […]
Mehriban Əliyevadan Lamiyəyə növbəti təbrik
Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyeva ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”
ABŞ İrana xəbərdarlıq etdi: Rusiyaya ballistik raketlər vermək…
ABŞ prezidenti Co Baydenin administrasiyası bəyan edib ki, İranın Rusiyaya mümkün ballistik raketlər təhvil verməsi Tehranın Kremlin Ukraynaya qarşı hərbi təcavüzünə dəstəyinin “dramatik eskalasiyası” anlamına gələcək. “Reuters”in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet bildirib. Amerika rəsmisi qeyd edib ki, ABŞ Ukraynaya genişmiqyaslı işğalın əvvəlindən Rusiya Federasiyası ilə İran arasında […]
Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. “Report”un məlumatına görə, idmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib. O, finiş xəttini 55,09 saniyəyə keçib. Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi.
Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bölgələrdə isə 34 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə […]