Bakıda evdə partlayış olub, xəsarət alan var
Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi […]
Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb
Azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd […]
Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək
Bakının bir sıra küçə və prospektlərində sentyabrın yeddisi saat 22:00-dan sentyabrın səkkizi saat 03:00-dək nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, […]
Gürcüstanda zəlzələ oldu
Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib. Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Tbilisidən 49 km aralıda, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Putinlə Pezeşkian görüşəcək
Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş planlaşdırılır. Bu barədə məlumatı İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlayıb. Onun sözlərinə görə, görüş Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində baş tutacaq. Həmçinin İran prezidentinin sammitdə iştirak edəcək digər liderlərlə, eləcə də İran icması ilə görüşü gözlənilir. Xatırladaq ki, bir müddət əvvəl Məsud Pezeşkianın oktyabrın 22-24-də […]
İsrailin milli təhlükəsizlik nazirinə çimərlikdə hücum – Saxlanılan var
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Təl-Əvivdə hücuma məruz qalıb. Bu barədə TASS məlumat yayıb. Nazir ailəsi ilə birgə çimərlikdə olarkən 27 yaşlı qadın siyasətçinin yanına qaçaraq ona qum atıb. Məlumata görə, şübhəli hadisə yerindən dənizə qaçmağa çalışsa da, polis onu saxlayıb. Qadın Təl-Əvivin mərkəzindəki polis bölməsinə aparılıb. O, dövlət qulluqçusuna hücum etməkdə şübhəli […]
Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı – Video
Qarabağda keçirilən antiterror əməliyyatının bir ili tamam olmaq üzrədir. Azərbaycan Müdafiə Nazirliyi bu əməliyyatdan bəhs edən sənədli film hazırlayıb. Filmdə antiterror əməliyyatından görüntülər yer alıb. Həmin videonu təqdim edirik:
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Daha bir cüdoçumuz Avropa çempionu olub. Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı qitə birinciliyində Süleyman Şükürov bütün rəqiblərini üstələyib. 81 kq-da mübarizə aparan idmançımız finalda gürcüstanlı Aleksandre Loladzeyə qalib gəlib və qızıl medala sahib çıxıb. Qeyd edək ki, bu gün Vüsal Qələndərzadə də Avropa çempionu olmuşdu.
Ermənistanla Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzalayıb
Ermənistan və Gürcüstan Avropa Şurasının Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı orderini dəstəkləyən bəyannaməsini imzalayıblar. Sənəd Avropa Şurasının saytında paylaşılıb. Şuranın Mətbuat xidmətinin yaydığı məlumata görə, Avropa Şurasına üzv ölkələrin və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi Litvanın sədrliyi ilə keçirilən görüşdə qəbul ediblər. Sənəddə yer alan prinsiplər tövsiyə xarakteri daşıyır. Bəyannaməni […]
AMEA-nın binasında ölüm
Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib. Sentyabrın 5-i saat 12 radələrində H.Cavid prospekti 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib. Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış. Onun infarktdan öldüyü qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır.(Qafqazinfo”)