HDQ bölmələrinin təlimindən yeni – Video
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/hdq-dag.jpg)
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir. Bu barədə Aktualtv.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, çətin relyefli şəraitdə qrupların hərəkəti sərt qayalıqlardan eniş, çayların və göllərin keçilməsi, həmçinin əlverişsiz relyefdə yaralıların təxliyəsi üzrə epizodlar icra olunur. Qeyd edək ki, təlimin […]
Mirzoyan diplomatlarla sərhədimizə gəldi
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/mirzoyan-yeni.jpg)
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın xarici ölkələrdə akkreditə olunmuş səfirlərini Dilicanda iki günlük toplantıdan sonra Tavuş rayonunun Kirants kəndinə gətirib. Bu barədə erməni mediası yazıb. Xarici işlər naziri Azərbaycan və Ermənistanın yeni sərhədini onlara göstərib və delimitasiyanın nəticələri ilə tanış edib.
Müxalifət seçkilərə niyə az namizədlə qatılıb? – SƏBƏBLƏR
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/1724920834_siyas.jpg)
Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə demək olar ki, əksər siyasi partiyalar namizədləri ilə iştirak edir. Lakin müxalifət partiyaların namizəd sayı ümumilikdə götürdükdə çox azdır. Ən çox namizəd irəli sürən (25 nəfər) müxalifət təşkilatı Müsavat Partiyasıdır. Yeri gəlmişkən, bütün müxalifət namizədlərinin hamısı deputat seçilsə belə, onların Milli Məclisdəki məsələlərə təsiretmə imkanları o qədər də böyük olmaya […]
Qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/1724921413_1724921092.e3be291ba00b107b8d0741706fff79d7.jpg)
Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapılıb. Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb. Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir. S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib. Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə […]
Azərbaycan həbsxanalarında ömürlük cəza çəkən 14 əcnəbi var – RƏSMİ
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/0106ca03-87b1-3275-add8-e4c5d430c9c0_850.jpg)
Azərbaycandakı cəzaçəkmə müəssisələrində ABŞ, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Nigeriya, Livan, Maldiv, Mərakeş, Qvineya, Misir, Özbəkistan, Pakistan, Şri-lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Oman, Rusiya və Ukrayna vətəndaşları var. Bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan […]
Avroliqa: “Qarabağ”ın rəqibləri nə vaxt müəyyənləşir?
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/qarabag-en-yeni.jpg)
Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Ağdam klubu 2-ci və ya 3-cü səbətdə yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Avropa Liqasının bütün 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. Hazırda turnirdə iştirak edəcək 24 komanda dəqiqləşib. […]
Durovun sevgilisi MOSSAD agentidir – KİV
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/yuliya-vavilova.jpg)
Teleqramın təsisçisi Pavel Durovun sevgilisi Yuliya Vavilova MOSSAD agentidir. Bu iddia ilə Britaniyanın “Deyli Meyl” nəşri çıxış edib. Nəşrin məlumatına görə, Vavilova Durovu Qərb xüsusi xidmət orqanlarının əlinə verib.
Bakıda “Mersedes”lə motosiklet toqquşdu: ölən var
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/bda5d913-84cd-4307-a948-540ab9a0448b-900x500-1.jpg)
Bakıda avtomobil motosikletlə toqquşub. Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Elməddin Məmmədovun idarəetdiyi “Mersedes” markalı avtomobillə İsa Əlizadənin idarəetdiyi motosikletlə toqquşub. Nəticədə Əli İsazadə hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Kreml qorxur: Lavrov buna görə Qərbi hədələdi – Malomuj
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/nuve.jpg)
Kreml yenidən nüvə şantajına əl atıb. Bunu Ukrayna ordusunun generalı və Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj deyib. Onun sözlərinə görə, buna səbəb Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatla bağlı Rusiya rəhbərliyi arasında yaranmış panikadır: “Putin qorxur. Ukrayna ordusu Rusiya ərazisinə daxil olub, Kursk vilayətində əməliyyatı davam edə və genişlənə bilər. Eyni şey müvəqqəti işğal […]
Durovun keçmiş həyat yoldaşı onu məhkəməyə verib
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/WhatsApp_Image_2024-08-28_at_18.22.44.jpeg)
Fransada saxlanılan teleqramın baş direktoru Pavel Durovun keçmiş həyat yoldaşı İrina Bolqar İsveçrədə ona qarşı cinayət işi qaldırıb. Belə ki, 2023-cü ilin martında açılan iddiada Bolqar Durovun oğullarından birinə fiziki təzyiq göstərdiyini iddia edir. Bundan əlavə, İrina Bolqar övladlarının qəyyumluğu üçün mülki iddia qaldırıb. Hər iki iddia o, milyarderin uşaq dəstəyini ödəməyi dayandırdığını dedikdən aylar […]