Ukraynaya ikinci hücum dalğası hazırlanır – Zabit

Ukraynaya hücum zamanı rus qoşunları hazırladıqları raketlərin yalnız üçdə birini istifadə edib. Ola bilsin ki, düşmən növbəti hücuma hazırlaşır. Bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib. “Bu atışma gözlənilən qədər güclü olmadı. Ay yarımdan artıq müddət ərzində raket hücumu olmayıb. Ona görə də zərbənin güclü olacağı gözlənilirdi. Nəyə görə belə oldu? Ona […]

Bakı-Qazax yolunda hadisə: maşın və ağaclar yandı

Goranboy rayonunda (Bakı-Qazax avtomobil yolunun 317-ci kilometrliyi) “Hunday” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda 30 m² sahədə kol-kos və 30 ədəd ağac yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

63 yaşlı Sənubər İsgəndərli imicini dəyişdi

Əməkdar artist Sənubər İsgəndərli imicini dəyişib. Yenixeber.org-un xəbərinə görə, aktrisa sosial şəbəkə hesabında yeni fotosunu paylaşıb. Aktrisa düz saçlarını burub. O bu dəyişikliyi “Evdə qalmış” adlı yeni ekran işi ilə əlaqədar etdiyini bildirib. 63 yaşlı aktrisanın çox gənc və gözəl görünüşünə izləyicilər tərəfindən təriflər yağıb.

Ceyhun Bayramov Türkiyəyə gedir – Nələr müzakirə ediləcək?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək. Səfər Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə baş tutacaq. Ankarada keçiriləcək görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistanın normallaşma addımları gündəmdə olacaq. Səfər zamanı regional hadisələr, eləcə də İsrail-Fələstində baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.

Jurnalistikaya üz tutanların sayı artıb

“Bu il Azərbaycan dili fənni üzrə buraxılış imtahanı nəticələri çox yüksək olub” Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, buraxılış imtahanında Azərbaycan dili fənnindən balların yüksəlməsi jurnalistikaya üz tutanların sayına müsbət təsir edir. “Jurnalistikaya qəbulda qabiliyyət imtahanın əlavə edildiyi ilk zamanlar görürdük ki, abituriyentlər esse […]

COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək – ANALİZ 

İstixana qazı emissiyalarının balansını təmin etmək və karbon izi dünyada getdikcə daha vacib məsələlərə çevrilir. İstixana qazları emissiyalarının qlobal iqlim dəyişikliyinə təsiri böyükdür. Bu qazlar ətraf mühitin çirklənməsi kimi ciddi problemlərə səbəb ola bilir. İstixana qazı emissiyaları atmosferdə çoxaldıqca istilik balansı qalxır, nəticədə qlobal istiləşmə və iqlim dəyişikliyi baş verir. Bundan əlavə, istixana qazları yeraltı […]

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Bu il 600-dən çox bal toplayan iki nəfər ali təhsil müəssisələrinə qəbul olmayıb. Bu barədə “Report”un sualını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsaslarla bir yer – Bakı Ali Neft Məktəbini […]

Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır

ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirir. “Tiflis Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları […]

Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. “Report”un Belarus Prezidentinin saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir: “Həyata keçirdiyiniz çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət insanların rifahına yönəlib, Sizin peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda Sizə haqlı olaraq nüfuz qazandırıb. Minsk […]

Kim Çen In PUA-ların istehsalını artırmağı əmr edib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarında iştirak edib. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. “Kim Çen In müdafiə pilotsuz uçuş aparatları ilə tanış olub. Müxtəlif zərbə zonalarında istifadə edilən pilotsuz uçuş aparatları quruda və dənizdə düşmən hədəflərinə hücum etmək üçün nəzərdə tutulub”, – məlumatda qeyd […]