Növbəti CAREC forumu Almatıda keçiriləcək

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) Beyin Mərkəzlərinin İnkişafı üzrə 8-ci Forum avqustun 27-28-də Almatı şəhərində keçiriləcək. “İqlim çağırışı: Kollektiv fəaliyyət üçün sərhədləri aşan düşüncə” mövzusuna həsr olunacaq tədbir əsas beynəlxalq təşkilatların, o cümlədən Avrasiya İnkişaf Bankı və Asiya İnkişaf Bankının dəstəyi ilə keçiriləcək. Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən 1997-ci ildə təsis […]

Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi keçirilir. “Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın amfibiya təyyarəsi Bolu-Gerede istiqamətində meşə yanğını ilə mübarizəyə cəlb olunub

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. FHN-dən  verilən xəbərə görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir

Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi melumat yayıb. Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Niderland Boneyra adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir – BƏYANAT

Niderland hökuməti Boneyra adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir. Bu, “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” ADLI beynəlxalq konfransın yekun bəyanatında deyilir. Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupu, Boneyra İnsan Haqları Təşkilatı və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə Bakıda “Boneyra Adasının Bakıdan Keçən BMT Baş Assambleyasındakı […]

Qazaxıstan mediası Mehriban Əliyevadan YAZDI

Qazaxıstanın informasiya portalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş məqalə dərc ediblər. Xalq yazıçısı və Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın müəllifi olduğu “Ta, komu mnoqoe dano…” adlı məqalə Qazaxıstanın abai.kz, adyrna.kz və mezgil.kz internet resurslarında dərc olunub. Material Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə dərc edilib. Məqalədə qeyd edilir ki, Mehriban xanım […]