Prezident xanımı ilə Özbəkistana getdi

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistana dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Regionu qanlı poliqona çevirmək planı işə salınıb – Şərh

Fransanın liderliyi ilə Ermənistanın sürətli şəkildə hərbləşdirilməsi kampaniyası yeni mərhələyə daxil olub.Qərbin xeyir-duası ilə məğlub Ermənistana hərtərəfli hərbi, maddi və mənəvi dəstək verilməsi ilə bağlı sensasion xəbərlər yayılıb. Ciddi narahatlıq doğuran bu xəbərlər regionda sülh quruculuğu səylərini əngəlləyir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə qarşıdır. Qərb dünyası və onun əlaltıları otuz […]

Onlara da orden və medallar verildi

Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.  Dövlət başçısının imzaladığı sənədə əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Əmirov Rüfət Fikrət oğlu – […]

Bir qrup şəxs “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi – Siyahı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər: Babayev Əli Aydın oğlu – polkovnik-leytenant Fərzəliyev Teymur Qaçay […]

Azərbaycanda Omikrona yoluxma ilə bağlı vəziyyət necədir?

Azərbaycanda yeni növ koronavirus infeksiyasının Omikron ştamına yoluxma ilə bağlı vəziyyət açıqlanıb. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, yeni koronavirus infeksiyası vaxtaşırı dalğalanmalar ilə təzahür edir. Hazırda istər bizə qonşu, istərsə də ABŞ-də və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar: “Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, […]

Həftəsonu 1415 taksi sürücüsü imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib. Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 108 ünvanında yerləşən elektron […]

Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir

Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb. Tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər. İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir. Forum çərçivəsində “İqtisadiyyatın əsas istiqamətləri – ortaq rifaha doğru addım” adlı Azərbaycan məhsullarının sərgisi […]

TƏBİB: Tabeliyimizdəki tibb müəssisələrində meymunçiçəyinə yoluxma qeydə alınmayıb

Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub. Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Məlumatada qeyd olunub ki, hazırda […]

“Zirə”nin “Omoniya” sınağı

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.