Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub

Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü kilometrində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq avqustun 15-i saat 22:00-dan avqustun 16-sı 01:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu zaman yol bağlanmır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə yol hərəkəti […]

30 ildən sonra daha 7 şəhidimiz dəfn edildi – Fotolar – Yenilənib

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhidlər Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları ailələrinə təhvil verilib. Hər iki şəhidin qalıqları bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Xatırladaq ki, Cəbrayıl rayonunun Doşulu kənd sakini Şirinov Tahir Şirin oğlu 23 oktyabr 1993-cü il tarixdə atası Şirinov […]

Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı – TƏHLİL

Hindistan dünyanın mədəniyyət mərkəzlərindəndir. Bu ölkə həm də zəngin sərvətinə görə cəlbedici olub. Türklər orada əsrlər boyu hakimiyyətdə olublar. Onları ingilislər əvəz edib. Hindistanlılar ingilislərin ağalığına qarşı ikinci dünya müharibəsində sonra da mübarizə aparıb. Onların azadlığının əsası isə “Atlantika xartiyası”n qoyulub. “Antihitler koalisiyası”nın əsas proqram sənədlərindən biri “Atlantika xartiyası”dır. Yenixeber.org: Bu sənəd 1941-ci il avqustun […]

Azərbaycan Gürcüstandakı bu yolu idarə edəcək

Azərbaycan və Gürcüstan Bakı-Tiflis-Qars (BTQ) – Marabda-Kartsaxi dəmir yolu dəhlizinin Gürcüstan hissəsinin idarə olunması üçün birgə şirkət yaradıblar. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. “BTKİ Railways” adlı şirkətin təsisçiləri Azərbaycan Dəmir Yolları və Gürcüstanın Marabda-Kartsaxi şirkətinin törəmə şirkətləri olub. Yeni şirkət Marabda-Kartsaxi hissəsində infrastrukturun istismarına və idarə olunmasına, həmçinin BTQ-dən istifadə etməklə yükdaşımaların səmərəli təşkilinə […]

Makron təsdiqlədi: İki qırıcı toqquşdu, pilotlar öldü

Fransa Prezidenti Emmanuel Makron ölkənin şərqində “Rafale” qırıcılarının toqquşması nəticəsində iki fransız pilotun həlak olduğunu təsdiqləyib. Bu barədə Makron sosial şəbəkə hesabında yazıb. “Ölkə Saint-Dizier aviabazasının nümayəndələrinin ailələrinin və qardaşlarının ağrısını bölüşür”, – deyə o qeyd edib. Xatırladaq ki, ötən gün ölkənin şimal-şərqində iki “Rafale” qırıcısı qəzaya uğramışdı. Pilotlardan biri katapult etmişdi, digər ikisi isə […]

Tramp Netanyahuya zəng etdi: Razılaş!

ABŞ prezidentliyinə namizəd Donald Tramp dünən İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib. Bu barədə “Axios” ABŞ-dakı mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, tərəflər Qəzzadakı girovların vəziyyətini və atəşkəs razılaşmasını müzakirə edib. Məlumata görə, Trampın zəngi Netanyahunu atəşkəs sazişinə razılıq verməyə təşviq etmək məqsədi daşıyıb. İsrail baş nazirinin dəftərxanası tərəflər arasındakı telefon zəngini təkzib etməyib. […]

1150 nəfərin Azərbaycana girişinə qadağa!

Ötən ay İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 1 150 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib. Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 224, Miqrasiya Məcəlləsinin […]

HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib

Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib. Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb Bildirilib ki, şəxsi heyətə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.“Təlim-məşq uçuşlarının planına uyğun olaraq, bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə […]

Bakıda sıxlıq müşahidə olunan yollar

Bakının bir sıra yollarında səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. – Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; – Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; – Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; – Şəhər […]