Kurskda vəziyyət gərgindir, əhali təxliyə olunur
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/kursk.png)
“Hazırda Rusiyanın Kursk vilayətinin Belovski rayonunda vəziyyət çox gərgindir”. Bu barədə rayonun rəhbəri Nikolay Volobuyev bildirib. O, sakinləri könüllü təxliyəyə səsləyib: “Ərazidə hələ də kimsə qalırsa, rayonu tərk etmələrini xahiş edirəm”. Volobuyev, həmçinin bildirib ki, Oboyanski rayonunun bəzi kəndlərinə təxliyə üçün avtobuslar veriləcək. Qeyd edək ki, Kursk vilayətinin atəşə tutulması nəticəsində 69 nəfər yaralanıb.(Kommersant)
Rusiyada 80-dən çox ölkənin iştirakı ilə “Ordu-2024” forumu keçirilir
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/52be9ccc-2fab-3de3-b5dd-3fb4a36482f3_850.jpg)
Avqustun 12-dən 14-dək Rusiyanın Moskva vilayətində keçiriləcək “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda 83 dövlətin nümayəndə heyəti iştirak edir. Bu barədə Rusiya KİV-i Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, 83 ölkədən gələn nümayəndə heyətinin 39-na müdafiə nazirləri və Baş Qərargah rəisləri rəhbərlik edir. Forumda Belarus, İran, Hindistan və Çinin müdafiə sənayesi müəssisələrinin ekspozisiyaları və fərdi stendləri […]
İmtahan vermədən Qarabağ Universitetinə qəbul oldu
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/atilla-1.jpg)
Bu barədə Qarabağ Universiteti məlumat yayıb. Bildirilir ki, A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir. O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur. Qeyd edək ki, A.Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə […]
Şahbuzda şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır – YENİLƏNİB
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/8906de9f-6ee8-3b58-8b58-ba8152b044ab_850.jpg)
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, […]
Olimpiadanın bağlanış mərasimindən – Fotolar
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/az1.jpg)
Xəbər verdiyimiz kimi, iyulun 26-dan Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları ötən gün sona çatıb. Bakı vaxtı ilə saat 23:00-da “Stad de Frans” stadionunda keçirilən bağlanış mərasimində üçrəngli bayrağımızı taekvondo üzrə Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Qaşım Maqomedov və bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın üzvü Zeynəb Hümmətova daşıyıblar. Olimpiadada iştirak edən 48 idmançımızdan […]
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/dd1f0f36-3a3d-32a8-9ffd-6efe7fcf4cf8_850.jpg)
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Şəhər şosesi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Ukrayna Rusiyaya məxsus qaz qurğusunu vurdu – 40-a yaxın ölü
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/qaz.png)
Ukrayna Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Qara dənizdə Rusiyaya hərbi və texnikanın gətirildiyi qaz qurğusuna hücum edib. Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk qeyd edib ki, Rusiya bu yerdən mülki gəmiçiliyə təhlükə yaratmaq məqsədilə GPS saxtakarlığı edirmiş. Hücum nəticəsində 40-a yaxın heyət üzvünün məhv edildiyi vurğulanıb.(UNİAN)
Belarus Ukrayna ilə sərhədə “İsgəndər”lər göndərir
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/isgender.jpg)
İsgəndər-M raket kompleksi Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna bölməsinin komanda məntəqəsinə zərbə endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Ukrayna ordusu zərbə nəticəsində canlı qüvvə itirib: “Zərbə İsgəndər-M operativ-taktiki raket kompleksinin ekipajı tərəfindən həyata keçirilib. Raketlər Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat məntəqəsinə düşüb. Zərbə nəticəsində bölmənin 15 nəfərdən […]
Bu ərazilərdə güclü külək əsəcək – Sarı xəbərdarlıq
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/kulekli-yeni.jpg)
Azərbaycanın bəzi şəhər və rayonlarında küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 11-də ölkə ərazisində sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Salyan, Cəlilabad, Yardımlı, Lerik, Naxçıvan, Şahbuz, Ordubad, Culfa, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin […]
Bu abituriyentlər Türkiyə-Azərbaycan Universitetində təhsil ala bilər
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/telebe.jpg)
Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasını ümumi balı 500-dən, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarını isə ümumi balı 450-dən az olmayan abituriyentlər seçə bilər. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetində tədris ingilis dilində olmaqla Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq. Türkiyə-Azərbaycan […]