Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusunda dəyişikliklər haqqında fərmanlar imzalayıb. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc edilən sənədlərdə bildirilib. V.Zelenski Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanı işdən azad edib. Həmçinin Yaponiyadakı səfir Sergey Korsunski, Çindəki səfir Pavel Ryabikin və 2022-ci ilin mayından Sloveniyadakı səfir vəzifəsini tutan sabiq müdafiə naziri Andrey Taran vəzifəsindən azad […]

MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) daha 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb. Bununla bağlı MSK-nın dekabrın 21-də keçirilən iclasında qərar layihəsi müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, quruma müraciət edən Respublikaçı Alternativ (REAL), Ağ Partiyası, Gələcək Azərbaycan (GAP), Ədalət, Vəhdət, Haqq Ədalət (HƏP), Demokrat (ADP), Azad Vətən, Müasir Müsavat, Yeni Zaman […]

İranın Suriya səfirliyinin əməkdaşı öldürülüb

“İranın Dəməşqdəki səfirliyinin işçisi avtomobilinə edilən terror aktı nəticəsində həlak olub”. Bunu İran Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Dekabrın 15-də terrorçu ünsürlər İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davud Bitərəfin avtomobilini atəşə tutub və o, öldürülüb”, – İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Direktorların işə qəbulu üzrə imtahan keçirilir

“Bu gün şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir”. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə 1652 namizəd dəvət edilib. “Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi […]

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % azalaraq 75,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,94 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin […]

İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faciəli hadisə ilə bağlı başsağlığı verib. Azərbaycan Prezidentinin məktubunda deyilir: “Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına […]

Premyer Liqa: Bu gün daha iki oyun baş tutacaq

Misli Premyer Liqasının XVIII turunda bu gün daha iki oyun baş tutacaq. Əvvəlcə “Turan Tovuz” komandası doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Hazırda Tovuz klubu turnir cədvəlində 31 xalla üçüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 16 xalla yeddincidir. Günün son qarşılaşması “ASCO Arena”da “Səbail” və “Zirə” arasında […]

Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Qurbanqulu Berdiməhəmmədovn təbrik məktubunda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin. Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılan böyük uğurlar, ölkənin iqtisadi inkişafında, dünya arenasında nüfuzunun möhkəmlənməsində mühüm nailiyyətlər Sizin […]

Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb

Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.İlham Əliyev Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycanın D-8-ə üzvlüyü: yeni dünyanın qurulmasına qatılmaq üçün etimad – ŞƏRH

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Bundan sonra təşkilat D-9 adlanacaq. Təşkilat heç bir beynəlxalq qurumlara alternativ və y düşmən deyil, adından da göründüyü kimi iqtisadi əməkdaşlığa üstünlük verir. Yenixeber.org: 1996-cı il oktyabrın 22-də “İnkişafda əməkdaşlıq konfransı”ından onun qurulmasına hazırlıq işlər görülməyə başlayıb. 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının […]