Məktəbli formalarının satış ünvanları açıqlandı

“Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər”. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən mətbuat konfransında bildirib.  O qeyd edib ki, […]

Prezident icra başçısını işdən çıxardı

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, Tofiq İbrahimov Prezidentin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.

Alimpaşa Məmmədova hökm çıxaran hakim Bakıya göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artırılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sözügedən məhkəməyə ezam edilib. Belə ki, Bakı Ağır Cinayətlər məhkəməsində iki hakim yaxın vaxtlarda təqaüdə çıxacaq. Onlardan biri Əhməd Quliyevdir. E.Rüstməov Ə.Quliyevin olduğu tərkibə daxil edilib. Binəqədidə mebel sexində baş verən yanğına görə ittiham olunan Tağı […]

“İndi isə başqa bir tarix yazmağın vaxtıdır” – Stadnik

“Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı…” Bu sözləri qadın güləşi üzrə Azərbaycan yığmasının üzvü Mariya Stadnik öz instaqram hesabında yazıb. “İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndi isə […]

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti yenidən bahalaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 79,83 ABŞ dolları təşkil edir. Bu, 0,1 ABŞ dolları və ya 0,1% artım deməkdir. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

FHN hava ilə bağlı müraciət etdi

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha […]

Pensiyalar bu tarixdə ödəniləcək

Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay da qrafik üzrə ödəniləcək.

İki ildən sonra qalıqları tapılan hərbçilərimiz donvurmadan ölüb – Rəsmi

Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.  Məlumatda deyilir: “Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan […]

Muxtar Babayev Özbəkistan səfiri ilə görüşdü

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.  Görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları […]

Nazir: Türkiyənin cənubunda və cənub-şərqində terrora son qoyulur

Türkiyənin cənubunda və cənub-şərqində terrora son qoyulur. Bunu Türkiyənin nəqliyyat və insfrasruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib. O bildirib ki, bunun əsas təzahürlərindən biri də ölkənin cənub istiqamətində nəqliyyat və insfrasruktur sahəsində görülən işlərdir: “Ölkənin qərbində nə ediriksə, cənubunda da onu edəcəyik”.