Dermendjiyev Qurban barədə: Böyük peşəkardır!

Qurban Qurbanov böyük peşəkardır. Bunu “Ludoqorets”in baş məşqçisi Georgi Dermendjiyev “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov barədə danışarkən deyib. “Qarabağ” hərtərəfli güclü olan Avropa komandasıdır. Mən bu komandanı, tarixini və baş məşqçisini, onun işini bilirəm. O, böyük peşəkardır”, – Dermendjiyev bildirib. Qeyd edək ki, sabah keçiriləcək “Ludoqorets”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün iki təşkilat qeydə alınıb

Sentyabrın 1-də baş tutacaq Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb. Məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O qeyd edib ki, MSK uzun illərdir seçkilərdə “exit poll” keçirmək üçün müraciət edən təşkilatlara şərait yaradır. R.Qasımov bildirib ki, Vətəndaşların Əmək Hüquqlarını […]
Yunanıstanda meşə yanğınları – Əhali təxliyə edilir – Video

Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında meşə yanğınları başlayıb. Səhər saatlarında təxliyə əmri verilib, paytaxt yaxınlığındakı xəstəxanalar və evlər boşaldılır. Baş nazir Kiryakos Miçotakis yay tətilini yarıda qoymalı olub. O, bazar günü Afinaya qayıdıb.(Milliyet)
Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi

Avqustun 7-si axşam saatlarında Mərdəkandakı “Qazilər” çimərliyində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin güllələndiyini eşidən qohumu C.Xudaverdiyev həmin yerə gedib. 1998-ci il təvəllüdlü oğlan əmisinin meyitinə yaxınlaşmaq istəyərkən polislər onu ərazidən uzaqlaşdırmaq istəyiblər. Lakin C.Xudaverdiyev müqavimət göstərib və ünvansız söyüşlər söyüb. Bundan sonra C.Xudaverdiyev saxlanılıb və barəsində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin […]
“Xankəndidə seçkiləri düşünəndə çox həyəcanlanıram”

“Son illərdə Azərbaycanda inanmağımız çətin olan xoş hadisələr baş verir. Belə hadisələrdən birini də indi yaşamaqdayıq. Milli Məclisə seçkilərdə Xankəndidə səsvermənin olacağını düşünəndə çox həyəcanlanıram”. Bu sözəri “Seçki2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti Fəxrəddin Manafov söyləyib. “Xankəndi mənim vətənimdir, mən orada doğulmuşam.Tezliklə bizim şəhərdə də yerli əhali seçkilərə qatılacaq, səsverməyə gedəcək, parlamentdəki təmsilçimizi seçəcək. […]
Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Avqustun 13-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq […]
Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırıldı

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramının icrası müddətində hər il xaricə göndərilən tələbələrin sayı artırılıb. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, […]
Kurskda vəziyyət gərgindir, əhali təxliyə olunur

“Hazırda Rusiyanın Kursk vilayətinin Belovski rayonunda vəziyyət çox gərgindir”. Bu barədə rayonun rəhbəri Nikolay Volobuyev bildirib. O, sakinləri könüllü təxliyəyə səsləyib: “Ərazidə hələ də kimsə qalırsa, rayonu tərk etmələrini xahiş edirəm”. Volobuyev, həmçinin bildirib ki, Oboyanski rayonunun bəzi kəndlərinə təxliyə üçün avtobuslar veriləcək. Qeyd edək ki, Kursk vilayətinin atəşə tutulması nəticəsində 69 nəfər yaralanıb.(Kommersant)
Rusiyada 80-dən çox ölkənin iştirakı ilə “Ordu-2024” forumu keçirilir

Avqustun 12-dən 14-dək Rusiyanın Moskva vilayətində keçiriləcək “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda 83 dövlətin nümayəndə heyəti iştirak edir. Bu barədə Rusiya KİV-i Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, 83 ölkədən gələn nümayəndə heyətinin 39-na müdafiə nazirləri və Baş Qərargah rəisləri rəhbərlik edir. Forumda Belarus, İran, Hindistan və Çinin müdafiə sənayesi müəssisələrinin ekspozisiyaları və fərdi stendləri […]
İmtahan vermədən Qarabağ Universitetinə qəbul oldu

Bu barədə Qarabağ Universiteti məlumat yayıb. Bildirilir ki, A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir. O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur. Qeyd edək ki, A.Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə […]