Azərbaycan XİN vətəndaşları İsrailə səfər etməməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrailə səfər etməmələri tövsiyə olunur: “Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin […]

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb. Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğlunun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb. Məlumata görə, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində […]

G7 ölkələri və Aİ Yaxın Şərqdəki vəziyyətin gərginləşməsindən narahatdır

G7 ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ) xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) Yaxın Şərqdə gərginliyin artması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Bu barədə Aİ məlumat yayıb. Bildirilib ki, bu gərginliyin regionda daha geniş münaqişəni alovlandırma təhlükəsi narahatlıq doğurur. “Biz bütün əlaqəli tərəfləri bir […]

Azərbaycanda 148 Instagram və Teleqram kanalı bağlandı – SƏBƏB

“Instagram” və “Telegram”-da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib. Son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi müşahidə olunmaqdadır. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla […]

“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib

Livanın “Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər. Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib. “Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var”, – məlumatda qeyd olunub. Bildirilib ki. bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış […]

Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır

Bu həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və […]

Prezident “Cavanşir” körpüsünün yerində tikilən yolun açılışında – Fotolar – Yenilənib

Avqustun 5-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. *** Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun […]

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

5 Avqust – Azərbaycan Hərbi Donanması Günüdür. Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin […]

XİN-dən vətəndaşlara Livana səfərlərlə bağlı xəbərdarlıq

Azərbaycan Xarici İşlər Nazirliyi Livana səfər edən və ya orada olan ölkə vətəndaşları ilə bağlı xəbərdarlıq yayıb. XİN-in bununla bağlı açıqlamasında deyilir: “Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət […]

Kənan Seyidovun təyinatı təsdiqləndi

Bir müddət öncə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi təsdiqini tapmamışdı. K.Seyidovun bu gün Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq iştirakı ilə məlumat təsdiqlənmiş olub. Belə ki, iclasda Əlahiddə Ümumqoşun Ordu […]