“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib

Livanın “Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər. Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib. “Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var”, – məlumatda qeyd olunub. Bildirilib ki. bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış […]

Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır

Bu həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və […]

Prezident “Cavanşir” körpüsünün yerində tikilən yolun açılışında – Fotolar – Yenilənib

Avqustun 5-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. *** Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun […]

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

5 Avqust – Azərbaycan Hərbi Donanması Günüdür. Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin […]

XİN-dən vətəndaşlara Livana səfərlərlə bağlı xəbərdarlıq

Azərbaycan Xarici İşlər Nazirliyi Livana səfər edən və ya orada olan ölkə vətəndaşları ilə bağlı xəbərdarlıq yayıb. XİN-in bununla bağlı açıqlamasında deyilir: “Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət […]

Kənan Seyidovun təyinatı təsdiqləndi

Bir müddət öncə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi təsdiqini tapmamışdı. K.Seyidovun bu gün Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq iştirakı ilə məlumat təsdiqlənmiş olub. Belə ki, iclasda Əlahiddə Ümumqoşun Ordu […]

ABŞ “TikTok”u məhkəməyə verib – Uşaqların…

ABŞ Ədliyyə Nazirliyi “TikTok”sosial şəbəkəsini 13 yaşından kiçik istifadəçilərdən qanunsuz məlumat toplamaq ittihamı ilə məhkəməyə verib. Nazirliyin məlumatına görə, platforma uşaqların şəxsi məlumatlarını valideynlərinin icazəsi olmadan toplayıb, onlara “TikTok” hesabları yaratmağa icazə verib və çox vaxt valideynlərinin onları silmək tələblərinə məhəl qoymayıb. Bununla əlaqədar olaraq, ABŞ Ədliyyə Nazirliyi qanun pozuntularına görə sosial şəbəkə və onun […]

Bakıda həbs edilən ukraynalı kriminal avtoritet Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunur

Tanınmış ukraynalı milyonçu, kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub. “Report”un əldə etdiyi xəbərə, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması […]

Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb

Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb. Bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, diqqətsizlik, ehtiyatsızlıq və yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib: “İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə […]

Azərbaycan neftinin qiyməti 4 %-dən çox azalıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,58 ABŞ dolları, yaxud 4,4 % azalaraq 80,7 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 76,81 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından […]