Rusiyalı senator saxlanıldı – Adam öldürtmək üçün killer tutubmuş

Rusiyada Tula vilayətinin senatoru Dmitri Savelyev Federasiya Şurasının iclasından çıxarkən saxlanılıb. Siyasətçi tərəfdaşı İonovun qətlinin təşkilində şübhəli bilinir. Məlumata görə, Savelyev bunun üçün 100 min dollar ödəyib və killer tutub.   Savelyev güman edirdi ki, onun biznes tərəfdaşı şirkətin bütün pullarını xərcləyib, daha sonra isə onu öldürmək istəyirdi. Killer isə tapşırığı yerinə yetirmək əvəzində hüquq-mühafizə orqanlarına […]

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istədi

Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılışı zamanı Azərbaycana qarşı yerli “France 2” telekanalının şərhçiləri tərəfindən işlədilən ifadələrə görə üzr istəyib. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Beynəlxalq qurum nazirliyin göndərdiyi etiraz cavab məktubu göndərib.   Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi […]

Qazaxda mina partladı – 4 nəfər xəsarət aldı

Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib. Hadisə bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində baş verib. Belə ki, ərazidə Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal […]

Prezident Fərman imzaladı

Prezident İlham Əliyev “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib, eləcə də bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edib. Dövlət başçısı bununla bağlı Fərman imzalayıb. Nazirlər Kabineti Əsasnaməyə uyğun olaraq turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib ölkə Prezidentinə […]

Paşinyan yenə Tavuşa getdi

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə yaxın ərazidəki Tavuş vilayətinə gedib. Bu barədə hökumət başçısının feysbuk hesabında bildirilib. “Birinci dayanacaq Dilicanda idi. Mən “Dağlıq Ermənistan” sanatoriyasına aparan avtoyolun 2,2 kilometrlik ərazisində aparılan təmir işləri ilə tanış oldum. Layihənin dəyəri 234 milyon dram təşkil edir, vəsait dövlət büdcəsindən ayrılıb”, – paylaşımda deyilir. Qeyd edək ki, […]

COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ildək fəaliyyətini dayandırıb. Bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.  Hazırda isə AFFA-nın balansında […]

İvanişvili koronavirusun fəsadları ilə üzləşib – Xəstədir

Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili koronavirusun fəsadları ilə üzləşib. Bunu yerli mətbuata partiyanın mətbuat xidməti bildirib. Qeyd olunub ki, İvanişvili iki həftə əvvəl xəstələnib və hələ də müalicəsi davam edir, Partiya deyiblər ki, məhz bu səbəbdən İvanişvilinin medal qazanan olimpiyaçılara təbrik məktubunu gec dərc edirlər. Milyarder müraciətində cüdoçular Tato […]

UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub. 23-cü sırada yer alan ölkənin əmsalı 18,375-ə bərabərdir. “Qarabağ” Çempionlar Liqasında Cəbəllütariqin “Linkoln” komandasının qapısına beş cavabsız qol vurub. “Köhlən atlar” səfərdə də qalib gəlmişdi – 2:0. “Zirə” ötən gün Slovakiyada “DAK 1904” klubunu üstələyib – 2:1. “Qartallar” […]

Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır

Bu gün deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si saat 18:00-dək davam edəcək. Seçki Məcəlləsinə […]

Baş nazirdən sosial ödənişlərlə bağlı – Qərar

Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Şəhid ailəsi üçün Prezident təqaüdünün (20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə münasibətdə bu Qaydaya uyğun olaraq), Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş […]