ƏDV geri al” adı ilə də dələduzluq edilir – Xəbərdarlıq

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır. Bu barədə DVX məlumat yayıb. “Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə […]

Xəzərdə gəmi yanır – Heyət təxliyə edildi

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə […]

Paris-2024: Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 16-cı pillədə qərarlaşıb. Hələlik komandanın aktivində bir qızıl mükafat var. Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb. Ölkəmizlə birlikdə Yeni Zelandiya, Rumıniya, Sloveniya Serbiya və Özbəkistan da bir qızıl medalla 16-cıdır. Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 24-cü, Gürcüstan isə […]

“HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb

“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Belə ki, bu gün səhər saatlarında “HƏMAS” rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır. Hadisə ilə bağlı “HƏMAS” bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun […]

Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, K.Vəliyev hərbi aviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin manevr imkanları və […]

Seçicilərin nəzərinə: “Asan xidmət”də…

Seçicilər Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “ASAN xidmət” mərkəzlərindəki “ASAN növbə” terminallarında səs verəcəkləri məntəqələri öyrənə bilərlər. Terminallardakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə vətəndaşlar şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər. Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə […]

Şair Elman Tovuz vəfat etdi

Bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilən şair Elman Tovuz vəfat edib. Bu barədə şairin yaxınları məlumat verib. Bildirilib ki, 63 yaşında dünyasını dəyişən şair doğulub boya-başa çatdığı Tovuz rayonunda dəfn ediləcək. Qeyd edək ki, Elman Tovuz 1998-ci ildə düşdüyü yol qəzasından sonra yeriyə bilmirdi, o, I qrup əlil idi.

Məsud Pezeşkian and içdi

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib. Təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib. İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.

“Koroğlu” NMM-dən hərəkət edən 300-dən çox avtobus Heydər Əliyev prospektinə daxil olmayacaq

Bu gündən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumata görə, nəticədə Mərkəzdən Heydər […]

Bakıda bir evin qiymətinə telefon nömrəsi satılır

“Azercell”ə məxsus telefon nömrələri hərraca çıxarılır. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin internet səhifəsində 30 avqust 2024-cü il tarixində hərraca çıxarılacaq “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələri haqqında elanda qeyd olunub. Nömrələrdən bəzilərinin qiyməti 75 min, 35 min, 29 min 750 manatdır. Hərraca çıxarılan 30 nömrə arasında ən ucuzunun qiyməti 3750 manatdır. 994 10 […]