Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub. Hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.(Report) Faktla bağlı araşdırma aparılır.
Bakıda qohumlar bıçaqlandı – 20 yaşlı oğlan saxlanıldı

İyulun 29-da saat 01 radələrində Bakı şəhər Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 1999-cu il təvəllüdlü Emin Valeh oğlu Fərmanlı və 1989-cu il təvəllüdlü qohumu Tural Misir oğlu Fərmanlı kəsilmiş-deşilmiş xəsarətlərlə Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. İlkin araşdırmalardan sonra hadisəni törətməkdə şübhəli bilinin 2004-cü il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu saxlanılıb. Faktla bağlı cinayət […]
“Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan!”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Olimpiya çempionu olması münasibətilə Hidayət Heydərovu və Azərbaycanı təbrik edib.Bu barədə o, “X” hesabında paylaşım edib. “Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan! Keçmiş həvəskar cüdoçu kimi mən bir fəndin qalibiyyətə apardığını bilirəm. Təbriklər!”,- o qeyd edib.
Bakının bu ərazilərində qaz olmayacaq

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 30.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, işlər yekunlaşanadək Mətbuat prospekti, Mikayıl Müşfiq, Hüseyn Cavid, Ələsgər Ələkbərov, İzzət Bağırov və Ayna Sultanova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi prosesi başa çatır

Bu həftə deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, bu prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si saat 18:00-dək davam edəcək. Seçki […]
Qarabağ Universitetində – Yeni təyinatlar

Qarabağ Universitetinə prorektorlar təyin olunub. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Belə ki, Nərgiz İsmayılova ali təhsil müəssisəsinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov isə elm və innovasiya məsələləri üzrə prorektoru vəzifələrinə təyin olunublar. Qeyd edək ki, N. İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması […]
ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı

Azərbaycanlı tələbə ABŞ-nin məşhur universitetinə 420.000 dollarlıq təqaüdlə qəbul alıb. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib. Belə ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-nin Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya 420.000 dollarlıq tam təqaüdlə qəbul alıb. Turqut Əfəndi, eyni zamanda elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında […]
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası – ŞƏRH

Tarixən Olimpiya Oyunları təkcə idman tədbiri deyil, həm də xalqlar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsət kimi qəbul edilib. Oyunlar müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirir, sülh, dostluq və həmrəylik ideallarını təbliğ edir, diplomatiya və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilir. Bundan əlavə, sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə ideallarını […]
Prezident onu yenidən rektor təyin etdi

Azərbaycan Texniki Universitetinə rektor təyinatı olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. Xatırladaq ki, V. Vəliyev ilk dəfə bu vəzifəyə 2019-cu ildə gətirilib.
Faciəvi şəkildə ölən şəxs dekan müavini imiş – Foto

Xəbər verdiyimiz kimi, Biləsuvarda 1976-cı il təvəllüdlü Quliyev Fövzü Manaf oğlu hündürlükdən yıxılaraq vəfat edib. Fövzü Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dekan müavini olub. Bildirilib ki, AzMİU-nun İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə ölüb. Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə […]