Bakı və Daşkənd siyasi məsləhətləşmələr keçirdi

Daşkənddə Azərbaycan və Özbəkistanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Özbəkistanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət, humanitar və digər qarşılıqlı maraq […]

8 Noyabr prospektinin bir hissəsi bağlanır

İyulun 26-sı saat 00:00-dan iyulun 30-u saat 00:00-dək 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinədək)  aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.  “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda […]

Azərbaycan MN xəbərdarlıq etdi

Azərbaycan Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib. Bu, Müdafiə Nazirliyinin (MN) yaydığı bəyanatda bildirilib. “Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və […]

MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – məlumatda qeyd olunub.

Polkovnik rektor təyin edildi

Heydər Əliyev adına Hərbi İnstituta rektor təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, polkovnik Ümidvar Quliyev institutun rektoru təyin edilib. Polkovnik Quliyev Vətən müharibəsində şücaət göstərən hərbçilərdəndir. O, müharibədən sonra “Qarabağ” ordeni ilə təltif edilib. Müdafiə Nazirliyində aparılan kadr islahatları ilə son vaxtlarda bir neçə Vətən Müharibəsi iştirakçısı […]

Bu imtahanın nəticələri AÇIQLANDI

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb İmtahanlarda iştirak etmiş abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsviri, həmçinin qiymətləndirmə meyarları ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Hərbi liseylərə qəbul imtahanında […]

Hicaba görə gənc qadın güllələndi

İranın Mazandaran əyalətinin Nur şəhərində hökumət məmurları məcburi hicab qaydalarını pozan 30 yaşlı Arzu Bədrini güllələyib. Bu barədə yerli insan haqları fəalları məlumat yayıb. “Arzu Bədrinin məcburi hicab qaydalarını pozduğuna görə avtomobilinin müsadirə olunmasına qərar verilib. Bədri şəhərdə şəxsi avtomobili ilə hərəkət etdiyi zaman polis onu saxlamaq və avtomobilini əlindən almaq üçün iki dəfə atəş […]

Sabah yağış intensivləşəcək

İyulun 26-da Azərbaycanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, […]

Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?

“Şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Novoe vremya” portalına müsahibəsində bildirib. Belə ki, o, jurnalistin “Azərbaycan hazırda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Bununla əlaqədar olaraq soruşmaq istərdik, parlamentdə Qarabağın ürəyi – Şuşa şəhərini təmsil etmək üçün […]

Tələbələrin köçürülməsinə başlanılıb

Bu gündən 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanıb. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr iyulun 31-i 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə […]