Ağadadaş Ağayev kimi baltalayıb? – TƏBİB araşdırır – DİN TƏSDİQLƏDİ

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib.  Bununla bağlı məlumatı News24.az yayıb. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.  Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidməti açıqlama yayıb. Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman […]

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs “Beton Xosrov” ləqəbli tanınmış idmançı olub – TƏFƏRRÜAT

Ötən gün Bakının Suraxanı rayonunda azyaşlını girov götürən və daha sonra polis tərəfindən zərərsizləşdirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub. “Report”un əldə etdiyi məlumata görə, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb. Əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib. Hadisə yerinə gələn polis əməkdaşları […]

“NY Post”: Demokratlar Baydeni vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər

Demokrat Partiyasının yüksək vəzifəli rəsmiləri ABŞ lideri Cozef Baydenin prezidentlik yarışından çəkilməyə razı olmayacağı təqdirdə onu vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər. Partiya elitaları Baydeni yenidən seçilməkdən imtina etməyə inandırmaq istədikləri zaman siyasətçi qəzəb, paranoya və məyusluq nümayiş etdirib. Nəşr qeyd edib ki, prezident sonuna qədər müqavimət göstərib. Yekun qərar isə partiyanın yüksək vəzifəli şəxslərinin Baydeni hədələməyə başlamasından […]

Ayxan Hacızadə: Ermənistana edilən hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək

Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı […]

Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür – ŞƏRH

ABŞ Ermənistanı Cənubi Qafqazda forpostu, yeni koloniyası elan etməyə çalışır və bu istiqamətdə aktiv fəaliyyətə keçib. Bu dövlət bir tərəfdən regionda sülhün bərqərar olmasından dəm vurur, digər tərəfdən də Ermənistanı silahlandırır, hətta onunla birgə hərbi təlimlər keçirir.Kəlbəcərdə baş vermiş son atışmanın arxasında da, şübhəsiz, ABŞ-nin Ermənistanı təhrik etməsi durur. Hər vəchlə bölgədə gərginlik yaradan, Yaxın […]

16 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib. O qeyd edib ki, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: “Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb, 16 nəfərin namizədliyi […]

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamın mətnini təqdim edirik: 1. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq […]

Hacı İsmayılov sədr seçildi

Xalq artisti Hacı İsmayılov Teatr Xadimləri İttifaqının sədri seçilib. Bu barədə ittifaqın bugünkü konfransında qərar qəbul edilib.

II Şuşa Qlobal Media Forumu başa çatdı

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb. Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim […]

“Qarabağ” “Linkoln” səddini keçsə, kimlə qarşılaşacaq?

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan çempionu “Qarabağ”ın da növbəti mərhələyə yüksələcəyi təqdirdə mümkün rəqibi bəlli olacaq. II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. “Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq. Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer […]