AYNA: Şuşa, Laçın və Xankəndi istiqamətində nəqliyyat sistemi hazırlanır

Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. “Qarabağda həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir. Biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı -Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların […]
MEDİA və Dövlət Xidməti sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb. Açıqlamada deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (“fake”) məlumat olduğunu bildiririk. Azərbaycanın […]
ABŞ rəsmisi: İranın təhdidlərinə qarşı uyğun tədbirlər görəcəyik

Vaşinqton İran İslam Respublikasının (İİR) ABŞ vətəndaşlarına və ölkənin maraqlarına olan təhdidlərinə qarşı uyğun tədbirlər görəcək. Bunu ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel İranın ABŞ rəsmilərinə sui-qəsd etmək təhdidləri ilə bağlı media mənsublarının sualına cavabında bildirib. Xatırladaq ki, ABŞ Prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində İranın da adı hallanıb. İslam Respublikasının Xarici İşlər […]
Bu gün Pirşağıda qaz olmayacaq

Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb “Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 19.07.2024-cü il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, […]
Bakının bir sıra yollarında sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısı iştirakçılarının şərəfinə təşkil olunan rəsmi ziyafətdə iştirak edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
İlham Əliyev: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. Yenixeber.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində […]
İlham Əliyev Oksfordda dəyirmi masada iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oksfordda Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və əlaqə” mövzusunda dəyirmi masada iştirak edir. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Aşura günü 800 nəfər zəhərləndi

İyulun 16-da İranın Mazandaran əyalətinin Gəluqah şəhərində 800 nəfər zəhərlənib. Bu barədə əyalətin səhiyyə sistemi məlumat yayıb. Bildirilib ki, Aşura günü münasibətilə paylanılan şərbətlərdən zəhərlənənlər xəstəxanalara köçürülüb. Onların çoxu müalicədən sonra evə buraxılıb, bir neçəsinin isə vəziyyəti ağırdır.
Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi – Təcili

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Report-a açıqlamasını təqdim edirik: – Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı? – Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış […]