Prezidentdən İbrahim Məmmədovla bağlı SƏRƏNCAM

İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, İ.Məmmədov media sahəsində səmərəli fəaliyyətinə görə ordenlə təltif olunub. Qeyd edək ki, İbrahim Məmmədov hazırda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyir. İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Orta məktəbi […]

Oğuzun yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Cavid Əbdul-Qədirov bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.   Yeni icra başçısı 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya […]

Leysan, dolu… – Sabahın havası

İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz […]

Zakir Həsənov Qazaxıstana səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb. Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə […]

Ofeliya Sənani infarkt keçirib

Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb. Aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib: “İnfarkt keçirdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam”.(Axşam)

Naxçıvanda əhalinin sayı artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb. Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, 1 iyun 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2675 nəfər və ya 0,6 faiz artaraq 469 460 nəfər olub.

İşçiyə maaş nə vaxt verilməlidir?

Adətən aldığımız məhsul və xidmətlərin dəyərini onlardan istifadəyə başlamamışdan əvvəl ödəməli oluruq. Hətta onların keyfiyyətli olub-olmadığından əmin olmadan belə.Bəs əməkhaqqını necə, əvvəlcədən almaq mümkündür? Ümumiyyətlə, işçiyə maaş nə vaxt verilməlidir? Qanunla əməkhaqqı ödənişinin gecikdirilməsinə görə məsuliyyət nəzərdə tutulub? Aydın məsələdir ki, şəxs əməkhaqqını vaxtında aldıqda planlaşdırdığı xərcləmələrini etmək və ya borclarını vaxtında ödəmək imkanı əldə […]

Bu gün Azərbaycanda Aşuradır

Bu gün İslam təqvimi ilə Azərbaycanda Aşuradır. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü iyulun 16-na təsadüf edib.Aşura İmam Hüseynin (ə), onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gündür. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və […]

Həlak olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Abbasov Yunis Vasif oğlu, əslən Ordubad rayonundan olub, Zaqatalada yaşayırdı. Onun uçqun altında qalaraq həlak olduğu bildirilir.

Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.