İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, 15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. Qardaş Türkiyənin qan […]
Deputatlığa namizəd olmaq istəyənlərin SAYI

Namizədlərin sənədlərinin təqdim edilməsi və qeydiyyatına başlanılıb. Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib. İndiyə qədər 401 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Onlardan 168 nəfəri 13 partiyanı təmsil edir.
Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə birgə müraciət edib

Yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır. Bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciətində bildirilir. “Aidiyyəti qurumların apardığı genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüf ki, meşə və kənd təsərrüfatı sahələrindəki yanğınların təhlili onların əsas səbəbinin […]
Bu gündən Aİ-95 markalı benzin 20 faiz ucuzlaşır

Bu gündən Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti 1.60 manat olacaq. Bu barədə SOCAR 30.06.2024 tarixində məlumat yaymışdı. SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə […]
Bakı yollarındakı son vəziyyət açıqlanıb

Bakı şəhərinin yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov […]
Şəkidə 18 yaşlı qız itkin düşdü

Şəki rayonunun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqova Lamiyə Arif qızı iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Sonuncu dəfə evdən gedərkən üzərində ağ rəngli cins şalvar, bənövşəyi rəngli köynək və başında şapka olub. Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 […]
Ərdoğan mümkün NATO-Rusiya toqquşması barədə danışıb

NATO ilə Rusiya arasında birbaşa toqquşma ehtimalı qorxuducudur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin paytaxtı Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu, təhlükəlidir: “Bu ssenarinin qarşısı alınmalıdır. Belə bir ssenariyə səbəb ola biləcək bütün addımlardan çəkinmək lazımdır”.(Haber Global)
İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib. Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı milli abidənin önünə əklil qoydu. Sonra “Fatihə” surəsi oxundu. Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq […]
Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib – YENİLƏNİB

Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovla keçirilən vida mərasimi başa çatıb. Aktualtv.az-ın məlumatına görə, şəhidlərin nəşi Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidlərin doğmaları, […]
Yeni qayda: Kimlərin pensiyası artırılacaq?

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Yeni dəyişiklik pensiyaçılara necə təsir edəcək və kimlərin pensiyası artırılacaq? Kabinetin son qərarı “Əmək pensiyaları haqqında” Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr gətirir. Bu sözləri iqtisadçı-alim Vüqar Bayramov qeyd […]