ATV-nin yayımı dayandırıldı

ATV-nin (Azad Azərbaycan) yayımı dayandırılıb. Səhər 08:00-dan başlayan məhdudiyyət 11:00-a qədər davam edəcək. Buna səbəb isə “Nyu Yorkda yağışlı bir gün” bədii filminin yayım hüququnun pozulmasıdır.

Ceyhun Bayramov NATO sammiti çərçivəsində təşkil edilən naharda iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən NATO sammiti üçün təşkil edilən naharda iştirak edib.O, bu barədə “X”də yazıb. “Vaşinqton Sammitində iştirakımız zamanı mənə və nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm”, – o bildirib.

Avropa Liqası: “Zirə” bu gün “Şerif”lə üz-üzə gələcək

“Zirə” bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin I təsnifat mərhələsi çərçivəsində Moldovada “Şerif”in qonağı olacaq. Tiraspol şəhərindəki “Şerif Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena” gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır

İyulun 11-i saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Report”a bildirilib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə məktəb və müəllim seçimi isə […]

Japarovun qardaşının qalmaqallı kürəkəni saxlanıldı – “Özünə “Krişa” axtarırmış”

Qırğızıstan Prezidenti Sadır Japarovun qardaşının kürəkəni saxlanılıb. Bu barədə “Lenta.ru” məlumat yayıb. Qeyd olunub ki, Aftandil Sabırbekov istintaq təcridxanasına göndərilib. Bununla bağlı Bişkekin Pervomayski rayon məhkəməsi qərar qəbul edib. Kürəkən qanunsuz olaraq narkotik, psixotrop maddələr və onların analoqlarını hazırlamaqda (Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 282-ci maddəsi) təqsirləndirilir. O da bildirilib ki, Aftandil Sabırbekov 2024-cü il avqustun […]

Vaşinqtonda üçtərəfli görüş başladı – Fotolar

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş başlayıb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə danışıqlar gedir.

Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində həlak oldu

Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Aktualtv.az: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!

III MDB Oyunlarının Azərbaycan üzrə Təşkilat Komitəsi yaradıldı

2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi […]

İranın yeni XİN rəhbəri o ola bilər

İran xarici işlər nazirinin sabiq müavini Abbas Araqçi böyük ehtimalla ölkənin yeni XİN rəhbəri təyin ediləcək. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Tasnim” agentliyi yayıb.  Məlumata görə, İranda yeni seçilən Prezident Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Araqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən çox uyğun gələn namizəddir. Siyasətçinin namizədliyinin nəzərdən keçirilməsi üçün […]

DİN-ə yeni səlahiyyət verildi

Nazirlər Kabinetinin “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) Siyahısı” genişləndirilib. Siiyahıya Daxili İşlər Nazirliyi əlavə edilib.