İranın yeni XİN rəhbəri o ola bilər

İran xarici işlər nazirinin sabiq müavini Abbas Araqçi böyük ehtimalla ölkənin yeni XİN rəhbəri təyin ediləcək. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Tasnim” agentliyi yayıb.  Məlumata görə, İranda yeni seçilən Prezident Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Araqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən çox uyğun gələn namizəddir. Siyasətçinin namizədliyinin nəzərdən keçirilməsi üçün […]

DİN-ə yeni səlahiyyət verildi

Nazirlər Kabinetinin “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) Siyahısı” genişləndirilib. Siiyahıya Daxili İşlər Nazirliyi əlavə edilib.

Ceyhun Bayramov Xavyer Kolomina ilə görüşdü

İyulun 9-da xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb, Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. aspektləri, habelə regional və beynəlxalq […]

“Belə məqamlarda Putini öldürmək istəyirsən”

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Kiyevdə “Oxmatdet” uşaq xəstəxanasına raket düşməsinə münasibət bildirib.  Zelenski bu barədə Vaşinqtonda Prezident Fondu və Ronald Reyqan İnstitutunda çıxışından sonra danışıb.  “Mən atayam, Prezidentəm… Və insanları, uşaqları itirmək çox-çox çətindir. Bu insanları, valideynləri görəndə, onların övladları öləndə – bu cür məqamlarda Putini öldürmək istəyirsən”, – deyə Ukrayna […]

Daha bir ölkə Gürcüstanla münasibətlərini nəzərdən keçirir

“Almaniya Gürcüstanla münasibətlərini nəzərdən keçirir”. Bunu jurnalistlərə açıqlamasında Almaniyanın Tbilisidəki səfiri Peter Fişer deyib.  “Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb. İndi Aİ-nin siyasəti belədir və bu, çox kədərlidir. Almaniyaya gəldikdə isə, biz də, həmçinin Gürcüstanla münasibətlərimizi nəzərdən keçiririk. Bildiyiniz kimi, bizim çox geniş və dərin münasibətlərimiz var. Gürcüstanla bağlı üzərimizə yeni öhdəlik götürməməyə qərar vermişik, […]

“Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək”

Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bu problemin həlli üçün ilk dəfə Ulu Öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi […]

Cevdet Yılmaz: Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azaldıb

Türkiyənin müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azalıb. Bunu Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Orta Şərq Texniki Universitetinin Araşdırma mərkəzlərinin açılış mərasimindəki çıxışı zamanı deyib. O bildirib ki, indi bu göstərici 20 faizdən də aşağıdır: “Halbuki 20 il əvvəl müdafiə sənayesi sahəsində xaricdən asılılığımız 80 faiz idi. Xaricdən asılılığın azalması təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət […]

Məzahir Pənahov onlara xəbərdarlıq etdi

“Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq”. Bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib. O bu məsələ ilə bağlı dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib. “Davranış qaydalarına diqqət etmək mütləqdir. Hər hansı bir pozuntu və ya neqativ halın olmasına yol verməmək lazımdır. Əgər sizdən asılı […]

Ərdoğan Orbanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın Baş naziri Viktor Orban arasında görüş keçirilib. Görüş Vaşinqtonda NATO sammiti çərçivəsində baş tutub.  Tərəflər iki ölkə arasında münasibətləri, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi, eləcə də regional və beynəlxalq mövzuları müzakirə ediblər.  Ərdoğan danışıqlar zamanı qeyd edib ki, Türkiyə Ukrayna və Qəzza zolağında münaqişənin dayandırılması ilə bağlı səylərini davam […]

Qız qaçıran qazi özünü niyə YANDIRIB?

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib. Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil […]