Cevdet Yılmaz: Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azaldıb

Türkiyənin müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azalıb. Bunu Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Orta Şərq Texniki Universitetinin Araşdırma mərkəzlərinin açılış mərasimindəki çıxışı zamanı deyib. O bildirib ki, indi bu göstərici 20 faizdən də aşağıdır: “Halbuki 20 il əvvəl müdafiə sənayesi sahəsində xaricdən asılılığımız 80 faiz idi. Xaricdən asılılığın azalması təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət […]
Məzahir Pənahov onlara xəbərdarlıq etdi

“Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq”. Bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib. O bu məsələ ilə bağlı dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib. “Davranış qaydalarına diqqət etmək mütləqdir. Hər hansı bir pozuntu və ya neqativ halın olmasına yol verməmək lazımdır. Əgər sizdən asılı […]
Ərdoğan Orbanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın Baş naziri Viktor Orban arasında görüş keçirilib. Görüş Vaşinqtonda NATO sammiti çərçivəsində baş tutub. Tərəflər iki ölkə arasında münasibətləri, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi, eləcə də regional və beynəlxalq mövzuları müzakirə ediblər. Ərdoğan danışıqlar zamanı qeyd edib ki, Türkiyə Ukrayna və Qəzza zolağında münaqişənin dayandırılması ilə bağlı səylərini davam […]
Qız qaçıran qazi özünü niyə YANDIRIB?

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib. Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil […]
İlham Əliyevin Pakistana səfəri GÖZLƏNİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-12-də Pakistana rəsmi səfəri gözlənilir. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb Səfər Pakistan Baş naziri Şahbaz Şərifin dəvəti ilə baş tutacaq. “Səfər çərçivəsində İlham Əliyev Pakistan Prezidenti Əli Zərdari və baş nazir Şahbaz Şəriflə görüşlər keçirəcək. Tərəflər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr […]
Bu gün Vaşinqtonda üçtərəfli görüş keçiriləcək

Bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb. Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəbərləri NATO sammitində iştirak etmək üçün ABŞ-də səfərdədirlər.
Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, […]
Bu kanalların efiri üç saatlıq dayandırılacaq

ARB24, ATV və “ARB Günəş”in efiri üç saatlıq dayandırılacaq. Bu barədə Audiovizual Şura qərar qəbul edib. Buna səbəb isə hər üç kanalın yayım hüququnu pozmasıdır. Belə ki, aparılan monitorinqlər nəticəsində ATV televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, ARB televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 […]
7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 7 siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Bununla bağlı məsələ MSK-nın bugünkü iclasında müzakirə olunub. Bunlar Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası […]
Simonyan Sankt-Peterburqa getməyəcək

Ermənistan parlamentinin spikeri Alen Simonyan MDB-nin Parlamentlərarası Assambleyasının sessiyasında iştirak etməyəcək. Bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb. Sözügedən sessiya iyulun 12-də Sankt-Peterburqda keçiriləcək. Xatırladaq ki, Ermənistan rəsmiləri son zamanlar MDB və KTMT çərçivəsində keçirilən tədbirlərdə iştirak etməkdən imtina edirlər.