Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu – Yenilənir

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb. Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır. Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək. *** Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü […]

Elektron Rəqabət İnformasiya Sistemi yaradılır – Fərman

Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair […]

“Palmali”nin tankeri dənizdə köməksiz qalan insanın həyatını xilas etdi

Egey dənizində hərəkət edən “Mətin Hüseynov” tankeri gizli yolla başqa ölkəyə keçməyə çalışan bir nəfərin həyatını xilas edib. Dənizin dərin hissəsində susuz və yeməksiz qalan, Yunanıstana keçmək üçün dənizə çıxan insan köməksiz vəziyyətdə tapılıb. Ona azərbaycanlı dənizçilər kömək edib. “Mətin Hüseynov” tankerinin kapitanı Seymur Bayramov bildirib ki, xilas edilən şəxs 23-25 yaşlarında gənc olub. “O, […]

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.  Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib. O. Abbasov bildirib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək: “Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris […]

Bakı hava limanında sərnişin axını 40% artıb

Bu ilin 6 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi əhəmiyyətli şəkildə artaraq 3,388 milyon nəfərə çatıb. Bu, 2,423 milyon sərnişinin daşındığı ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.  Bu dövr ərzində Bakı aeroportu 17-si aşağıbüdcəli (loukoster) olmaqla, 38 aviaşirkət tərəfindən yerinə yetirilən 27,6 min reysə xidmət göstərib. Beynəlxalq marşrutlarda 3,045 milyon sərnişin […]

Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən Gümrah Əbdürəhmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim Vüsal Qurbanov belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib. Hökmə əsasən, G.Əbdürəhmanov 5 il 6 ay azadlıqdan məhrum edilib. Prokuror ittiham nitqində müttəhimin […]

Bu gün yarımfinalın ilk oyunu var – AÇ-2024

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək. Günün yeganə matçında İspaniya ilə Fransa yığmaları üz-üzə gələcək. Görüş saat 23:00-da start götürəcək. AÇ-2024 Yarımfinal 9 iyul 23:00. İspaniya – Fransa

Tanınmış meyxanaçı vəfat etdi

Tanınmış meyxanaçı Elnur Valeh vəfat edib. Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Meyxanaçının uzun müddətdir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.  Qeyd edək ki, E. Valeh bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü. 

Sürücülərin nəzərinə!

Sabah saat 10:00-dan Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. görə, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənə qədər qüvvədə olacaq. Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun 17-ci km-dən istifadə […]

Yeni icra başçısı kollektivə təqdim olundu

Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Məmmədxanov iyulun 8-də Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. S.Məmmədxanov ona göstərilən etimada görə minnətdarlıq edib.