Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək

Ermənistanın işğalı altında olan və ölkəni Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün həmin ərazidə, Kirants və Açarkut kəndləri ərazisindəki yolun inşa işləri ilə tanış olub. Bildirilib ki, yeni yol Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpünün delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcəyi üçün inşa edilir. Həmçinin qeyd olunub ki, buraya Kirants […]
Sadır Japarovun Azərbaycana səfəri başa çatdı

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iyulun 6-da başa çatıb. TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Ağdam, Füzuli və Xocavənd rayonlarında […]
Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib

Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib. “İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün maliyyə sektorunda əlaqələri gücləndirmək lazımdır. Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılması lazımdır. Mən Türk dövlətlərinin Patent Təşkilatının yaradılmasını da təklif […]
“Gələn il Laçında Hava Limanı istismara veriləcək” – Prezident

“Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: […]
Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar

Türk Dövlətləri Təşkilatının liderlərinin iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı məlumat verir. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.
Prezidentdən Merihlə bağlı paylaşım – “Cəza ədalətsizdir”

“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.Bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşımında deyilir. “Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq […]
UNDP: Azərbaycan minatəmizləmə üzrə Mükəmməllik Mərkəzi yaratmaqla yeni standartlar müəyyən edir

Azərbaycan minatəmizləmə üzrə Mükəmməllik Mərkəzini yaratmaqla bu sahədə yeni standartlar müəyyən edir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “X” sosial şəbəkəsindəki hesabında məlumatında qeyd edilib. “UNDP və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) bu birgə təşəbbüsü Azərbaycanda mina təhlükələri ilə mübarizə aparmaq və minadan zərər çəkmiş digər ölkələrə kömək etmək üçün potensialımızı gücləndirəcək”, – […]
TDT XİN başçılarının iclası yekunlaşıb, sənədlər hazırlanıb

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası yekunlaşıb. Bu barədə təşkilatın baş katibi Kubanıçbek Omuraliyev “X”də yazıb. “Xarici işlər nazirlərimiz müzakirə üçün əsas mövzuları yekunlaşdırdılar və dövlət başçılarımızın təsdiq edib imzalaması üçün mühüm sənədlər hazırladılar”, – o bildirib.
Prezident Pezeşkianı Azərbaycana dəvət edib

“Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”. Bu barədə Prezident İlham Əliyevin İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubunda deyilir. “İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət […]
İlham Əliyev Şuşada qəbullar keçirdi – Yenilənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Prezident İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.