TDT XİN başçılarının iclası yekunlaşıb, sənədlər hazırlanıb

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası yekunlaşıb. Bu barədə təşkilatın baş katibi Kubanıçbek Omuraliyev “X”də yazıb. “Xarici işlər nazirlərimiz müzakirə üçün əsas mövzuları yekunlaşdırdılar və dövlət başçılarımızın təsdiq edib imzalaması üçün mühüm sənədlər hazırladılar”, – o bildirib.
Prezident Pezeşkianı Azərbaycana dəvət edib

“Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”. Bu barədə Prezident İlham Əliyevin İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubunda deyilir. “İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət […]
İlham Əliyev Şuşada qəbullar keçirdi – Yenilənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Prezident İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
Prezident “İsa bulağı”nda çay içdi – Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Xankəndidə açılışlar etdi – Fotolar – Yenilənib

Prezident İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib. Aktualtv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Prezident İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. *** İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak […]
Elektrik şəbəkəsinə dair qaydalar təsdiqləndi

Azərbaycanda elektrik şəbəkəsinə dair qaydalar təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərarı imzalayıb. Bu qaydalar “Elektroenergetika haqqında” Qanuna uyğun olaraq elektroenergetika sisteminin planlaşdırılması, inkişafı, istehsal və saxlama güclərinin proqnozlaşdırılması, habelə elektrik şəbəkələrinə qoşulma, elektroenergetika sistemi rejimlərinin, o cümlədən əməliyyat rejiminin planlaşdırılması, habelə operativ-dispetçer idarəetməsi, əməliyyatın təhlükəsizliyi ilə bağlı elektroenergetika subyektləri, həmçinin həmin […]
Meşə yanğınları ilə bağlı əhaliyə müraciət edildi

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri əhaliyə birgə müraciət ünvanlayıb. Müraciətdə yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalının artdığı qeyd olunur. Bildirilir ki, aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı […]
Prezident Şuşada açılışlar etdi – Yenilənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Prezident İlham Əliyev iyulun 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib. *** İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib. *** İlham Əliyev iyulun 5-də […]
“Ermənistana yeni Konstitusiya lazımdır”

“Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə Konstitusiya Günü ilə bağlı xalqa müraciətində deyib. “Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial və psixoloji gərginlik yaradır. Onlar bunu hakim elita tərəfindən yaradılan və tətbiq edilən sənəd kimi görürlər. Bizə xalqla – onun yaradıcısı ilə bağlı olan yeni Konstitusiya lazımdır”, – deyə Paşinyan […]
Dava düşdü, araya girən 22 yaşlı gənc də bıçaqlandı – Yenilənib

Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə axşam saat 23:30 radələrində Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəyə döş qəfəsindən 1 ədəd bıçaq xəsarəti yetirib. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb. Bakı […]