Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun […]

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Təşkilatın forumu ilk dəfə olaraq ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası və “ŞƏT Plus” iclası formatında keçiriləcək. ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya […]

ABŞ Yaponiyada “F-35A” qırıcıları yerləşdirməyi planlaşdırır

ABŞ yaxın bir neçə il ərzində Yaponiyaya 48 beşinci nəsil “F-35A” qırıcıları yerləşdirməyi planlaşdırır. Bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib. Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələri bazasında 48 “F-35A” və 36 “F-16” qırıcısı yerləşdiriləcək: “Biz bunu həm ABŞ Silahlı Qüvvələrinin potensialının, həm də […]

IOC Paris-2024-ün mümkün ləğvi ilə bağlı bəyanat yayıb

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiadanın ləğvi ilə bağlı şayiələrin yayılmasına münasibət bildirib. Bu barədə IOC-un mətbuat xidməti məlumat yayıb. “Bu, açıq-aydın Fransaya, IOC-a, onun prezidentinə və Yay Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir. Bu, heç bir fakta əsaslanmır. IOC prezidenti və bütün Olimpiya Hərəkatı iyulun 26-da keçiriləcək açılış […]

Günün qoroskopu: Həllini gözləyən məişət problemləri var

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik  Qoç – günün ilk yarısından etibarən məhsuldar işləməyə çalışın. Mürəkkəb, birmənalı olmayan işlərin öhdəsindən gələ bilərsiniz. İşdə rəhbərliklə təmaslarda, həmkarlarınızda münasibətlərdə sayıq olun. Kobudluq etməyin. Günün ikinci yarısında şəxsi münasibətlərdə yarana biləcək anlaşılmazlığı aradan qaldırın. Sevdiyiniz insanın tələblərini nəzərə […]

Kamran Əliyev Lerikdə qəbul keçirdi – Prokurorlara tapşırıqlar verdi

Baş prokuror Kamran Əliyev Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran, Astara rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Baş prokuror əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 32 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların […]

“Moon Kids”in direktorunun həbsi ilə bağlı – Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru cinayət məsuliyyətinə cəlb edilib. Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilib ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə […]

İran Tacikistanla viza rejimini ləğv edir

İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir. Bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib. Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır: Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.

Ayaqqabı bağı ilə özünü asdı

Ötən gün Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Teymur Hümbətov hamam otağındakı borudan boyun nahiyəsinə düyünlədiyi ayaqqabı bağı ilə özünü asaraq intihar edib.  Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. 

Rəfail Mehdiyev işdən çıxarıldı – Yeni təyinat

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev vəzifəsindən azad edilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Digər əmrlə Cəmil Kamilli yeni idarə rəisi təyin edilib. Qeyd edək ki, C.Kamilli tanınmış həkimdir, illərlə həkim-qastroenteroloq kimi fəaliyyət göstərib. Fotoda: Cəmil Kamilli