Baş nazirdən taksi sürücüləri ilə bağlı – Qərar

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi […]
Beyləqanda ağır qəza – Ölənlər var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. “Hundai” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər- 66 yaşlı Nizami Hüseynov və 59 yaşlı Səbirə Məmmədova hadisə yerində ölüb. Qəzada xəsarət alan 5 nəfər xəstəxanaya çatdırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
İlahi müdaxilənin – Görüntüsü
Ç-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının qapıçısı Mert Günok oyunun son dəqiqələrində kritik qurtarış edib. Yenixeber.org xəbər verir ki, o, matçın 90+4-cü dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayaraq komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb. Matçı birbaşa yayımlayan İctimai televiziyanın şərhçisi Tural Dadaşov həmin epizodu “İlahi müdaxilə” adlandırıb. Sözügedən ifadə […]
Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Qoç – məqsədlər arasında çaş-baş qalmayın. Qarşınıza bir hədəf qoyun, onu prioritet sayın və əldə etməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyin heç bir mənası yoxdur. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münaqişə istisna olunmur. Çətin situasiyanın […]
Ermənistan XİN başçısı Gürcüstana səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də Tbilisiyə rəsmi səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşəcək, danışıqlardan sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.
Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb. Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.
Azərbaycanda elektrobuslar istehsal ediləcək

Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə keçirilən görüşündə bildirib. Belə ki, ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. […]
Pakistan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Pakistana son rəsmi səfərdən irəli gələn məsələlər və gələcək planlar müzakirə olunub. Ölkəmizdə diplomatik fəaliyyəti zamanı Azərbaycan-Pakistan münasibətlərinin inkişafı istiqamətində […]
Viktor Orban: Ukrayna ilə əməkdaşlıq sazişi imzalamaq istəyirik

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir. Bunu Macarıstanın Baş naziri Viktor Orban Kiyevdə Prezident Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, sənəd ölkələr arasında münasibətləri tənzimləyəcək və Ukrayna ilə Macarıstan arasında ikitərəfli münasibətlərə eyni yanaşmasına əsaslana bilər: “Əvvəlki mübahisələri aradan qaldırmağa və gələcəyə fokuslanmağa çalışırıq. Ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq […]
Prezidentin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış – ANALİZ

Ermənistan rəhbərliyi və cəmiyyətinə sülhlə bağlı çox aydın və qəti təkliflər təqdim edilib. Bu təkliflər ölkənin gələcəyi, milli, müstəqil dövlətin inkişafı, regional və qlobal inteqrasiyası üçün bir fürsətdir. Ancaq rəsmi İrəvan sülh sazişi, sərhədlərin müəyyənləşməsi istiqamətində addımlar atmaqdan daha çox danışmağa üstünlük verir. Rəsmi Bakı ona indiyədək on təkliflər paketi təqdim edib. Ermənistan hakimiyyəti isə […]