Ermənistan XİN başçısı Gürcüstana səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də Tbilisiyə rəsmi səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşəcək, danışıqlardan sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.
Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb. Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.
Azərbaycanda elektrobuslar istehsal ediləcək

Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə keçirilən görüşündə bildirib. Belə ki, ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. […]
Pakistan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Pakistana son rəsmi səfərdən irəli gələn məsələlər və gələcək planlar müzakirə olunub. Ölkəmizdə diplomatik fəaliyyəti zamanı Azərbaycan-Pakistan münasibətlərinin inkişafı istiqamətində […]
Viktor Orban: Ukrayna ilə əməkdaşlıq sazişi imzalamaq istəyirik

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir. Bunu Macarıstanın Baş naziri Viktor Orban Kiyevdə Prezident Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, sənəd ölkələr arasında münasibətləri tənzimləyəcək və Ukrayna ilə Macarıstan arasında ikitərəfli münasibətlərə eyni yanaşmasına əsaslana bilər: “Əvvəlki mübahisələri aradan qaldırmağa və gələcəyə fokuslanmağa çalışırıq. Ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq […]
Prezidentin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış – ANALİZ

Ermənistan rəhbərliyi və cəmiyyətinə sülhlə bağlı çox aydın və qəti təkliflər təqdim edilib. Bu təkliflər ölkənin gələcəyi, milli, müstəqil dövlətin inkişafı, regional və qlobal inteqrasiyası üçün bir fürsətdir. Ancaq rəsmi İrəvan sülh sazişi, sərhədlərin müəyyənləşməsi istiqamətində addımlar atmaqdan daha çox danışmağa üstünlük verir. Rəsmi Bakı ona indiyədək on təkliflər paketi təqdim edib. Ermənistan hakimiyyəti isə […]
Xalq artistindən maraqlı PAYLAŞIM – “Evin kişisi yoxdursa…”

Xalq artisti Mehriban Zəki paylaşımı ilə diqqət çəkib. “Bakılılar günü” münasibətilə ilə sosial şəbəkə hesabında antikvar avtomobildə, başında kişi papağı ilə şəkil paylaşan aktrisa qədim Bakı adətlərindən birini xatırladıb: “Bakılılar günümüz mübarək. Bakılıların xasiyyəti, insanlıq keyfiyyətləri barədə nə bilirsiniz? Bakılıların qədimdən bir adəti vardı. Əgər qonaq gələndə (o vaxt telefonla xəbər etmək adəti yox idi, […]
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ

2026-сı ildə Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Amma hakim partiya seçkilərə iki il qalsa da, artıq indidən hərəkətə keçib. Bunun da səbəbləri var. Aktualtv.az: Son dövrlər erməni dövlətində baş verən proseslər nəticəsində hakim partiya və baş nazir Nikol Paşinyanın reytinqinin kifayət qədər aşağı düşməsindən təşvişə düşən komanda indidən nələrisə dəyişmək qərarına gəlib. Eyni zamanda […]
Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 754 […]
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi – Video

Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümüdür. Bu münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib. Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət […]