Azərbaycanda sərnişin avtobuslarına rəng tələbi ilə bağlı qayda qüvvəyə minib

Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qüvvəyə minib. Bu, Nazirlər kabinetinin martın 28-də təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb. Qərara əsasən, Azərbaycanda müntəzəm şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili sərnişin daşımalarında istifadə […]
Bu şəxslərin pensiyası yeni qayda ilə hesablanacaq

Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, Mərkəzi Seçki Komissiyasının (MSK) və Naxçıvan Muxtar Respublikası MSK-nın üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan MSK və Naxçıvan MSK-nın üzvləri, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət […]
Baş nazirdən yeni qərar

Nazirlər Kabineti 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca […]
Qarpızla dolu yük maşını dərəyə aşdı – Foto

Şamaxıda yol qəzası baş verib. Hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb. Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb. Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına […]
Bayden debatı uduzdu: yerinə kim gələ bilər?

ABŞ Prezidenti Co Baydenin ilk canlı debatında Donald Tramp qarşısındakı zəif performansı ölkə və dünya mediasında səs-küyə səbəb olub. Bu barədə dünya mediasında müxtəlif xəbərlər dərc olunur. Nümayəndələr Palatasının üzvü Roy konstitusiyanın 25-ci maddəsindən istifadə edərək, prezidentin vəzifə və öhdəliklərini lazımi şəkildə yerinə yetirə bilmədiyi üçün Baydenin vəzifədən uzaqlaşdırılması ilə bağlı layihə hazırladığını bildirib. Layihə […]
Mirzoyn Azərbaycanla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin Cənubi Qafqazda sabit sülh nöqteyi-nəzərindən əhəmiyyətini vurğulayıb. Bu barədə o, alban həmkarı İqli Hasani ilə görüşdə danışıb. Mirzoyan normallaşma prosesini Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forumda alban həmkarına təqdim edib. Görüşdə Ermənistan-Albaniya münasibətlərinin inkişaf perspektivləri də müzakirə olunub.
İrandan inanılmaz hədə: Bütün cəbhələrdən tam hücum…

İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin Livana qarşı genişmiqyaslı hərbi təcavüzü halında “məhvetmə müharibəsi” təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə İranın BMT-dəki missiyasının X hesabında dərc edilən bəyanatda bildirilib. “İran sionist rejimin Livana hücum etmək niyyəti ilə bağlı təbliğatını psixoloji müharibə hesab edir. Buna baxmayaraq, İsrail əgər genişmiqyaslı hərbi təcavüzə keçərsə, məhvetmə müharibəsi başlayacaq. Bütün müqavimət […]
Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

Gəncə şəhər sakinləri M.Namazov, E Zeynalov və N.Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlar mübahisə nəticəsində başqa bir şəxsin içərisində benzin olan plastik qabı yandıraraq üzərlərinə atması nəticəsində xəsarət alıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə […]
Bakının mərkəzində yeni park salınır – Bəzi evlər SÖKÜLÜR

Paytaxt ərazisində yeni istirahət zonası salınacaq. Artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb. Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür. Onun sözlərinə görə, sözügedən ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi. Qurum […]
Paşinyan Ərdoğanı razı salmaq üçün bunu etdi?

Fələstin dövləti layihəsini tanımağa hazır olan ölkələr siyahısına ABŞ-ın müttəfiqləri, AB və NATO üzvləri də qoşulub. Qafqaz kontekstində mühüm hadisə Ermənistanın Fələstinin müstəqilliyini tanımaq qərarı oldu. Rəsmi İrəvan müvafiq addımı 2024-cü il iyunun 21-də atıb. Bu barədə rusiyalı ermənipərəst politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb. “Qafqaz geosiyasəti kontekstində bu (Ermənistanın Fələstin dövlətii tanıması – […]