Bəzi rayonlarda çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Sabah Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrində Çaylarda gözlənilən daşqın və sellə bağlı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib. Məlumata görə, həmin bölgələrə leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və […]
“Mina qurbanları xüsusi həssas kateqoriya kimi tanınmalıdır”

İyunun 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində “Minalarsız dünya naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın, Xorvatiyanın, Mozambikin, Panamanın diplomatik nümayəndələri, habelə beynəlxalq qurum rəhbərləri yerüstü minaların fəsadlarının aradan qaldırılması və insan haqları üzrə BMT sisteminin mina qurbanlarının, onların ailə üzvlərinin hüquqlarının qorunmasında […]
Parlament buraxıldı – Seçkinin vaxtı açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam verib. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını və “Azərbaycan Respublikası […]
Bu yollar 30 iyuna qədər bağlı olacaq

Bakının Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən 30 iyun saat 06:00-dək Parlament prospekti və Atatürk prospektinin “Gənclik” metrostansiyası istiqamətindəki yolunda nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Parlament prospektinə daxil olan 3, 18, 39 və 205 […]
Qarabağ Universitetində yeni təyinat – Foto

Qarabağ Universitetində yeni təyinat olub. Bununla bağlı Qarabağ Universitetinin rektoru Şahin Bayramov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ramil Hacıyev Beynəlxalq dil mərkəzinə direktor təyin olunub. Qeyd edək ki, R.Hacıyev Türkiyənin 19 Mayıs Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr, “Xarici dilin tədrisi metodologiyası” ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir.
Şəhid ailələrinin uçotuna dair qanun dəyişdi

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq. Bu barədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə […]
Parlament onların nikahını qadağan etdi

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun III oxunuşda təsdiqlənib. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir. – qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; […]
Milli Məclisin son iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası keçirilir. İclasın gündəliyinə 15 məsələ daxildir. İclasda 102 millət vəkili iştirak edir.
Mahir Quliyevin cəzası azaldıldı

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb. Hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib. Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) […]
“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər”

“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz”. Bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev ATV-də qonaq olarkən danışıb. O bildirib ki, sürət həddi ilə bağlı protokollar elektron qaydada tərtib edilir: “Stasionar postda yol patrul xidmətinin əməkdaşı sürücünü saxlayıb sənədlərə baxış keçirə bilər. Lakin hər hansı qayda pozuntusu […]