Fransa Polineziya və Yeni Kaledoniya ilə bağlı məlumat vermədiyinə görə BMT hesabatında tənqid edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) Venesuelada bu ilin 14-16 may tarixlərində təşkil etdiyi regional tədbirin yekun hesabatı Komitənin iyunun 21-də Nyu-Yorkda keçirilən iclasında qəbul edilib. “Report” xəbər verir ki, hesabatda Azərbaycanla bağlı bəzi məqamlar öz əksini tapıb. İştirak edən üzvlər Azərbaycan hökumətinin 2025-ci ildə öz ölkəsində Xüsusi Komitənin regional seminarının keçirilməsi təklifini […]

Arif Quliyevin xanımı vəfat etdi

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.  Gülzar Quliyeva bu gün dünyasını dəyişib. Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib: “Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”. Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.

Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırıb

Ukrayna “Ukraine Facility” proqramı üzrə Avropa İttifaqından (Aİ) 1,9 milyard avro alıb. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. “Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından 1,9 milyard avro məbləğində şərtsiz maliyyə (Pre-financing) tranşı daxil olub”, – məlumatda bildirilib. Nazirlik vurğulayıb ki, 2022-ci ilin fevralından Aİ Ukraynaya təxminən 35 milyard avro birbaşa büdcə yardımı edib. Qeyd edək […]

MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52 olub

Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların […]

General Salahov təqaüdə göndərildi – Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi

 Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib. General Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Əldə etdiyimiz digər məlumata görə, institutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib. Polkovnik Mövlanov Vətən müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Nizami Mövlanova […]

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1169-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanın mətnini təqdim […]

Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Sabah bəzi rayonlara qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. […]

Mikayıl Cabbarov: “Azərbaycanda innovasiya siyasəti daha aydın təqdim edilməlidir”

Azərbaycanda innovasiya siyasəti və baxışı daha aydın ifadə olunmalıdır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən “Baku ID” (Baku İnvestment Day) festivalında deyib. O bildirib ki, bunun üçün uğurlu başlanğıclar edilməlidir: “Sessiyadan əvvəl aparılan müzakirələrdə sahibkarların və ya tənzimləyicilərin üzləşdiyi çətinliklərin həm də qanunvericilikdəki boşluqlardan irəli gəldiyi bildirildi. Biz ekosistemi təmin etməli, maliyyəyə çıxış […]

Bəzi çaylardan sel keçir – FAKTİKİ HAVA

İyunun 27-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Bakıda və […]