QHT sədri: “Vətəndaş cəmiyyəti antinarkomaniya sahəsində beynəlxalq təcrübəni mütləq öyrənməlidir”

“Azərbaycanın vətəndaş cəmiyyəti ümummilli bəlalardan biri olan narkotik və narkomaniyaya qarşı mübarizədə dövlətə dəstəyini davam etdirməklə yanaşı öz işini müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində real və səmərəli addımlar atmaqdadır”. Bunu “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü münasibətilə bugünədək əldə edilmiş nəticələri təhlil edərkən və […]

Sumqayıtda dənizdə batan qadının meyiti çıxarılıb

Sumqayıtda dənizdə batan qadının meyiti çıxarılıb. Hadisə Xəzər dənizinin şəhərin 1-ci mikrorayon istiqaməti istiqamətində qeydə alınıb. Dünən dənizdə batan 1962-ci il təvəllüdlü Şöyübova Şərahət Əsəd qızının meyiti çıxarılıb. Fakt araşdırılır.

Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 […]

Baydenlə Tramp arasında ilk debat bu tarixdə baş tutacaq

ABŞ Prezidenti Co Bayden və onun sələfi Donald Tramp arasında ilk seçki debatı cümə axşamı keçiriləcək. Bu barədə CNN məlumat yayıb. Debat Corciya ştatının Atlanta şəhərində baş tutacaq. Proses 90 dəqiqə davam edəcək. İştirakçılardan biri danışarkən digərinin mikrofonu bağlı olacaq. Əsas mövzu iqtisadiyyat və miqrasiya olacaq. Respondetlərin 47 faizi debatda Trampın qalib gələcəyini düşünür. Baydenin […]

Sabah AB ilə Ukrayna arasında mühüm saziş imzalanacaq

İyunun 27-də AB-nin Brüsseldə keçiriləcək sammiti çərçivəsində Avropa Birliyi və Ukrayna təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq. Bu barədə AB-nin yüksək çinli məmuru Brüsseldə jurnalistlərə açıqlamasında deyib. “Sabah təhlükəsizlik zəmanəti ilə bağlı saziş imzalanacaq”, – açıqlamada qeyd olunub.

Akif İslamzadə nə demək istəyib? – Özü açıqladı

Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn Xalq artisti Akif İslamzadə bu dəfə qadınlarla bağlı səsləndirdiyi açıqlamaya görə tənqid olunub. Belə ki, onun ötən gün “Yeni Sabah”a “qadınlara elm verilməyib, onlar elm öyrədə bilməz” açıqlaması sosial şəbəkədə birmənalı qarşılanmayıb.  Aktualtv.az xəbər verir ki, Akif İslamzadə həmin məsələ haqda açıqlama verərək əslində qadınları alçaltmadığını bildirib: “Verdiyim açıqlamada […]

Bəzi rayonlara yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bu gün saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Balakən, Binə, Quba, Qusar, Zaqatala, Qəbələ, Gəncə, Göygöl, Xocalı, Şuşa, Gədəbəy, Daşkəsən, Naftalan, Xaltan, Şəmkir, Yevlax, Lənkəran, Lerik, Astara Yardımlı, Qrız, Mingəçevir, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Narıncı […]

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

“Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib. Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan mütəxəssislə anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb. Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” […]

EAPCA: Fransanın Ermənistana “Caesar” qurğularını verməsi Azərbaycana qarşı təxribatdır

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası ( EAPCA) Fransanın Ermənistana öldürücü silahların satışına qarşı çıxış edərək bəyanat imzalayıb. Qurumun baş katibi Sahil Qasımovun imzaladığı sənəddə qeyd olunur ki, Fransa Cənubi Qafqazda aqressiv siyasət yeridir və Ermənistanı Azərbaycana qarşı revanşizmə, müharibəyə təhrik edir: “Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən beynəlxalq transmilli lobbi strukturu olan Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası Fransanın Cənubi […]

Buzovnada qara maskalılar saxlanılıb

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, daxil olan məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il […]