Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Sabah bəzi rayonlara qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. […]

Mikayıl Cabbarov: “Azərbaycanda innovasiya siyasəti daha aydın təqdim edilməlidir”

Azərbaycanda innovasiya siyasəti və baxışı daha aydın ifadə olunmalıdır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən “Baku ID” (Baku İnvestment Day) festivalında deyib. O bildirib ki, bunun üçün uğurlu başlanğıclar edilməlidir: “Sessiyadan əvvəl aparılan müzakirələrdə sahibkarların və ya tənzimləyicilərin üzləşdiyi çətinliklərin həm də qanunvericilikdəki boşluqlardan irəli gəldiyi bildirildi. Biz ekosistemi təmin etməli, maliyyəyə çıxış […]

Bəzi çaylardan sel keçir – FAKTİKİ HAVA

İyunun 27-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Bakıda və […]

QHT sədri: “Vətəndaş cəmiyyəti antinarkomaniya sahəsində beynəlxalq təcrübəni mütləq öyrənməlidir”

“Azərbaycanın vətəndaş cəmiyyəti ümummilli bəlalardan biri olan narkotik və narkomaniyaya qarşı mübarizədə dövlətə dəstəyini davam etdirməklə yanaşı öz işini müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində real və səmərəli addımlar atmaqdadır”. Bunu “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü münasibətilə bugünədək əldə edilmiş nəticələri təhlil edərkən və […]

Sumqayıtda dənizdə batan qadının meyiti çıxarılıb

Sumqayıtda dənizdə batan qadının meyiti çıxarılıb. Hadisə Xəzər dənizinin şəhərin 1-ci mikrorayon istiqaməti istiqamətində qeydə alınıb. Dünən dənizdə batan 1962-ci il təvəllüdlü Şöyübova Şərahət Əsəd qızının meyiti çıxarılıb. Fakt araşdırılır.

Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 […]

Baydenlə Tramp arasında ilk debat bu tarixdə baş tutacaq

ABŞ Prezidenti Co Bayden və onun sələfi Donald Tramp arasında ilk seçki debatı cümə axşamı keçiriləcək. Bu barədə CNN məlumat yayıb. Debat Corciya ştatının Atlanta şəhərində baş tutacaq. Proses 90 dəqiqə davam edəcək. İştirakçılardan biri danışarkən digərinin mikrofonu bağlı olacaq. Əsas mövzu iqtisadiyyat və miqrasiya olacaq. Respondetlərin 47 faizi debatda Trampın qalib gələcəyini düşünür. Baydenin […]

Sabah AB ilə Ukrayna arasında mühüm saziş imzalanacaq

İyunun 27-də AB-nin Brüsseldə keçiriləcək sammiti çərçivəsində Avropa Birliyi və Ukrayna təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq. Bu barədə AB-nin yüksək çinli məmuru Brüsseldə jurnalistlərə açıqlamasında deyib. “Sabah təhlükəsizlik zəmanəti ilə bağlı saziş imzalanacaq”, – açıqlamada qeyd olunub.

Akif İslamzadə nə demək istəyib? – Özü açıqladı

Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn Xalq artisti Akif İslamzadə bu dəfə qadınlarla bağlı səsləndirdiyi açıqlamaya görə tənqid olunub. Belə ki, onun ötən gün “Yeni Sabah”a “qadınlara elm verilməyib, onlar elm öyrədə bilməz” açıqlaması sosial şəbəkədə birmənalı qarşılanmayıb.  Aktualtv.az xəbər verir ki, Akif İslamzadə həmin məsələ haqda açıqlama verərək əslində qadınları alçaltmadığını bildirib: “Verdiyim açıqlamada […]